Nüvə silahlanmasında təhlükəli artım: Çin sürətlə yüksəlir

Bu gün, 16:18           
Nüvə silahlanmasında təhlükəli artım:
Çin son iki il ərzində nüvə arsenalını sürətlə artıraraq Böyük Britaniyanın hazırda malik olduğu qədər strateji silah əldə edib.

TASS xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisinin strateji çəkindirmə və nüvə inteqrasiyası üzrə müavini, general-leytenant Endryu Cebara açıqlama verib.

Onun sözlərinə görə, Çin uzun illər əvvəl minimal çəkindiricilik siyasətindən imtina edərək bu gün müşahidə edilən strateji sıçrayışa keçib.

Cebara həmçinin qeyd edib ki, Rusiya və ABŞ da öz nüvə arsenalını modernləşdirmək istiqamətində addımlar atır.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatına əsasən, 2025-ci ilin yanvar ayına dünyada ümumilikdə 12 241 döyüş başlığı mövcuddur. Onların təxminən 90%-i Rusiya və ABŞ-a məxsusdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru