Sülh masası gündəmdə: Rusiya və ABŞ-dan kritik açıqlama

Bu gün, 16:14           
Sülh masası gündəmdə:
ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff Rusiya–Ukrayna müharibəsində sülh razılaşması ilə bağlı gözlənilən görüşlərə dair açıqlama verib.

Globalinfo.az xəbər verir ki, Uitkoff dünən qatıldığı televiziya proqramında Tramp administrasiyasının atacağı addımlardan danışaraq bu həftə Nyu-Yorkda Ukrayna nümayəndələri ilə görüşəcəyini və bunun bir işarə olduğunu bildirib.

Uitkoff, Vladimir Putin və Volodimir Zelenski arasında gözlənilən ikitərəfli görüşə toxunaraq bildirib:

“Ruslarla gündəlik təmasdayıq. Düşünürəm ki, sonda belə bir görüş ola bilər. Amma mənim şəxsi fikrim budur ki, razılıq əldə olunması üçün Prezident Trampın masa arxasında olması vacibdir”.

Həmçinin oxuyun:
Trampın xüsusi nümayəndəsi Putinlə görüşə gəlir – Uitkoffun bu səfərindən gözləntilər

Uitkoff həmçinin qeyd edib ki, Tramp tərəflərin sülhə vasitəçilikdə yavaş hərəkət etməsindən məyusdur:

“Prezident Tramp düşünür ki, bu müharibə onun müharibəsi deyil və dərhal bitməlidir. O, insanların ölməsini istəmir. Özünü bütün bunları dayandıra biləcək şəxs hesab edir”.

Digər tərəfdən Kremlin sözçüləri də məsələ ilə bağlı açıqlama verərək Ukrayna ilə təmasda olduqlarını, lakin hələlik danışıqlar üçün konkret tarix müəyyən edilmədiyini bildiriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru