"Kreml sehrbazı" adlı siyasi filmdən ilk rəsmi kadr internetdə yayılıb.
Filmdə məşhur aktyor Cud Lou Rusiya Prezidenti Vladimir Putini canlandırır. Kinotv.ru-ya istinadən xəbər verir ki, filmin premyerası avqustun 31-də Venesiya Film Festivalında keçiriləcək.
Hadisələr 1990-cı illərdə baş verir və Putinin siyasi karyerasının başlanğıcını əks etdirir.
Flmdə həmçinin Alisiya Vikander, Zak Qalifianakis, Cefri Rayt və Tom Sterric də çəkiliblər.