Fransa yaralıların kütləvi qəbulu üçün həkimlər hazırlayır

Bu gün, 15:38           
Fransa yaralıların kütləvi qəbulu üçün həkimlər hazırlayır
Fransa hökuməti döyüş bölgəsindən çoxlu sayda xəstənin mümkün qəbulu üçün tibbi personalın hazırlanması ilə bağlı regional səhiyyə qurumlarına (ARS) göstərişlər göndərib.

Bu barədə həftəlik "Le Canard enchaine" nəşri məlumat yayıb.

Həkimlərin və tibb işçilərinin hazırlığı Fransanın Müdafiə və Milli Təhlükəsizlik üzrə Baş Katibliyinin tələbi ilə Səhiyyə Nazirliyinin təşəbbüsü ilə başlanıb və 2026-cı ilin mart ayına qədər başa çatdırılmalıdır. Mülki xəstəxanalar 10 gündən 180 günədək 100 mindən 500 minədək insanı qəbul etməyə hazır olmalıdır.

Döyüş bölgələrindən xəstələri qəbul etmək və onları öz ölkələrinə qaytarmaq üçün əsas nəqliyyat qovşaqlarının yaxınlığında tibb mərkəzlərinin yaradılması planlaşdırılır. Fransa genişmiqyaslı münaqişə baş verəcəyi təqdirdə müttəfiq ölkələr üçün arxa cəbhə kimi məsuliyyətini öz üzərinə götürməyə hazırlaşır.

Nazirlik əmrini şərh edərkən hazırkı beynəlxalq vəziyyətdə tibbi yardımın göstərilməsi şərtlərinin əvvəlcədən müəyyən edilməsi zərurətinə istinad edib. Rəsmilər, həmçinin Fransanın NATO çərçivəsində alyansın bir və ya bir neçə üzvünə silahlı hücum olacağı təqdirdə güc tətbiqi də daxil olmaqla bütün tədbirləri görmək öhdəliyini xatırladıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru