Diaspor lideri təkzib edir: - “Ara Abramyana heç bir məktub göndərməmişəm”

27-04-2015, 15:48           
Diaspor lideri təkzib edir: - “Ara Abramyana heç bir məktub göndərməmişəm”
teref.az olaraq demək istəyirik ki, bu yazını oxumamaışdan qabaq yadınıza salın ki, bu adam Xocalı soyqırımının keçirilməsinə qarşı olub. Bu faktdan göndərdiyi teleqram kimi imtina edə bilıməz. O hərəkəti edən adam, bu gün Abramyana teleqram da vurar.
Nurəddin Xoca

Tatarıstanda fəaliyyət göstərən Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Sübhan Əhədzadə onun adından internetdə yayılmış məktubu “çirkin təxribat” adlandırıb və onun guya ermənilərə “soyqırımı” ilə bağlı başsağlığı məktubu göndərməsi barədə yazılanları təkzib edib.

S.Əhədzadə virtualaz.org saytına açıqlamasında deyib ki, o, Rusiya Erməniləri İttifaqının sədri Ara Abramyana heç bir məktub göndərməyib, onun “erməni soyqırımı”nı tanımasından isə söhbət belə gedə bilməz: “Mən artıq 10 gündür Azərbaycandayam. Bu uydurma məktub barədə də ilk dəfə sizdən eşidirəm. Mən Ara Abramyana heç bir məktub göndərməmişəm. Mən tarixçiyəm. 1915-ci ildə Osmanlı imperiyasında nələrin baş verdiyini yaxşı bilirəm. Ona görə də həmin hadisələri heç vaxt “erməni soyqırımı” adlandırmaram. Hesab edirəm ki, internetdə yayılan məktub məni gözdən salmaq istəyən müəyyən qüvvələrin çirkin təxribatıdır”.

* * *12:18

Tatarıstanda fəaliyyət göstərən “Azərbaycan” milli-mədəni muxtariyyətinin sədri Sübhan Əhədzadə ermənilərin 24 apreldə qeyd etdikləri qondarma soyqırımının 100 illiyilə bağlı Rusiya Erməniləri İttifaqının sədri Ara Abramyana başsağlığı teleqramı göndərib.

Modern.az xəbər verir ki, sosial şəbəkələrdə Sübhan Əhədzadənin göndərdiyi “teleqram”ın sürəti də yerləşdirilib. Azərbaycan diaspor rəhbərinin təəccüblü görünən “başsağlığında” deyilir:

“Hörmətli, Ara Arşaviroviç,

Tatarıstan azərbaycanlıları və şəxsən öz adımdan Türkiyədə erməni xalqının soyqırımının 100 illiyi ilə bağlı sizə və bütün erməni xalqına səmimi təəssüfümü çatdırıram.

1915-ci il hadisələri bir də heç zaman təkrarlanmamalıdır. Mən bir tarixçi kimi əminəm ki, 1915-ci il hadisələrində Azərbaycan xalqı təqsirkar deyil. İnanıram ki, erməni soyqırımının dünya tərəfindən tanınması xalqlarımız arasında sülhün əldə olunmasına təkan verəcək. Hörmətlə, Tatarıstandakı Azərbaycan Milli Mədəni Muxtariyyətinin sədri Sübhan Əhədzadə”.

Qeyd edək ki, Rusiya Erməniləri İttifaqının sədri olan Ara Abramyan “Soqlasie” QSC-nin sədridir. Çoxmilyonlu sərvətə malik olan Abramayan hər il Dağlıq Qarabağda tikinti işləri gerçəkləşdirən “Hayastan” fonduna külli miqdarda vəsait yatırır.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.