Əli Hüseynov daha bir prosesi uddu: "HAKİM MAHMUD AĞALAROV QANUN QARŞISINDA CAVAB VERƏCƏK"

23-06-2020, 22:40           
Əli Hüseynov daha bir prosesi uddu:
7NEWS.az xəbər verir ki, bu barədə tanınmış vəkil Əli Hüseynov özü məlimat verib: "Bakı Ağır Cinayətlər Məhkəməsinin Hakimi Ağalarov Mahmud Muradxan oğlunun açıq-aşkar qanunsuz və ədalətsiz hökmü ilə Azərbaycan Respublikası CM-nin 263-1.3 və 264-cü maddələri ilə 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Cəfərov Şaməddin Əli oğlu 1 il 8 ay 11 gün həbsdə yatdıqdan sonra bu gun nəhayət ki, bəraət ala bildi. Apellyasiya baxışı zamanı ittiham tərəfinin də vəsatətləri və ekspertiza qarşısında qoyulmalı hesab etdiyi suallar da nəzərə alınmaqla, iş üzrə dəfələrlə əlavə yol-nəqliyyat hadisələri ekspertizası keçirilsə də, bütün ekspertiza rəylərinə əsasən Şaməddin Cəfərovun təqsirsiz olduğu, yəni hadisənin qarşısını almağa texniki imkanının olmadığı müəyyən edildi. Ümid edirik ki, bu açıq- aşkar qanunsuz və ədalətsiz hökmünə görə hakim Mahmud Ağalarov Qanun, Dövlət və Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları qarşısında cavab verməli olacaqdır. Əks təqdirdə, öz bəraət növbəsini gözləyənlərin sayı heç vaxt azalmayacaqdır"













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.