Qədim Rus ölkəsini Azərbaycan Atabəgləri yaratmışlar

24-11-2020, 07:56           
Qədim Rus ölkəsini Azərbaycan Atabəgləri yaratmışlar
Rusiyanın qədim tarixini, abidələrini, ədəbiyyatını araşdıranlar bilir ki, bu ölkə mənbələrdə müqəddəs və sirli ölkə kimi təqdim olunur. Məşhur riyaziyyatçı akademik A. Fomenko və digər alimlər, Rusiyanın və ümumiyyətlə bütün qədim yazıların düzgün qəbul edilmədiyini və rəmzlərdən ibarət olduğunu elmi sübut etmişlər. Bu yanlışlığın nəticəsidir ki, bu günə qədər qədim dövrlə bağlı bir sualın cavabı belə məntiqi əsaslandırılmamışdır. Müasir alimlər milyonlarla mənbələr arasında kor kimi gəzirlər və heç nə başa düşmürlər. Onların sayının artması ilə birlikdə cavabsız sualların da sayı gün-gündən çoxalır.

Qədim mənbələrin dərk olunmazlığının əsas səbəbi, alimlərin, qədim mədəniyyətlərin Şərqdən başladığını, bütün sualların cavablarını da məhz Şərq mədəniyyəti, Şərq məntiqi ilə bağlı olduğunu bilməmələridir. Şərq mədəniyyətinin, məntiqinin bazasında isə, dinlərlə bağlı olan sufi-batin fəlsəfəsi durur və bu məntiq - yazıları təşkil edən samit-rəmzlərin daxili, iç mənasına əsaslanır. Bu məntiq Quranda - Süleyman peyğəmbərin "Quş dili" və ya rəmzlər elmi də adlanır. Bu məqalədə də biz bu məntiqdən istifadə edib, qədim Rus tarixinə izah verəcəyik.

Yəhudi fəlsəfəsinin banilərindən sayılan Aleksandriyalı Filona görə, Allah iki növ insan - göy və yer insanını yaratmışdır. İlk olaraq Allah ölümsüz göy insanlarını, onlar isə ölümlü yer insanını yaratmışlar ("Истина о небесных и земных людях", sayt: https://firudin.blogspot.com/2020/07/blog-post.html?m=1). Qədim müdriklərin məntiqinə görə bütün qədim mənbələr, yazılar, abidələr və hər şey göy insanına aiddir. Göy insanı dedikdə Filon - Allahın Özünə qulluq üçün seçdiyi Xəzər (Azəri) Türk bəglərini nəzərdə tutur. Yer insanının həyat tərzi heyvanın həyat tərzindən fərqlənmədiyi üçün onlar mənbələrdə "heyvani insan" adlanırlar və yazılarda qeyd olunmağa layiq görülmürlər. Başqa sözlə, qədim müdriklərin məntiqinə görə adi insanların qədim yazılara, adidələrə və s. heç bir aidiyyəti yoxdur. Xristian mənbələri bu insanların müqəddəs kitablara əl vurmalarını belə günah sayır. Qədim müdriklərin məntiqindən çıxan nəticəyə görə Rus mənbələrindəki ruslar da göy insanlarının nəslidir.



XV əsrə aid rus mənbəsi olan Tver taciri Afanasi Nikitinin “Хождение за три моря” kitabında ruslar - "Urus əri bəgləri" adlandırılır ki, bu da onların Türk bəgləri, ərləri-ərənləri olması deməkdir. Kitabi Dədə Qorqudda Urus rəmzi - Uruz kimi keçir ki, sufi-batin fəlsəfəsində bu rəmzlər eyni mənalıdır. Mənbələrdə Rus rəmzi bəzən Ruz, Raş və s. kimi də qeyd olunur. Bu o deməkdir ki, Urus əri bəgləri dedikdə, Kitabi Dədə Qorquddakı Qazan xanın oğlu Uruz bəgin ərləri-ərənləri nəzərdə tutulur. Uruz (RZ) rəmzi isə batini mənada Azər (ZR) rəmzi ilə eyni fikri ifadə edir. Rəvayətlərdə Rus eli, Kitabi Dədə Qorquddakı Oğuz eli kimi qanla yaradılmış qanlı ölkə adlandırılır. Belə çıxır ki, qədim ruslar dedikdə - qurban vasitəsi ilə göydən gətirilmiş İlahi odla bağlı olan Azəri bəgləri, ərləri nəzərdə tutulmalıdır.

Rusların qədim abidəsi olan "Velesin kitabı"na görə Allahın taxtı - Günəşin yatdığı və heç kimin ölmədiyi Alatır dağının ətəyindədir (Род.,III,1:2; Род., IV,3:3). Bu dağı isə Rus mənbələri Qafqazda yerləşdirir ki, rusların cavan Allahı və ümumiyyətlə bütün Rus knyazları buradakı Kolyada elindən çıxmışlar ("Книга Велеса", Бус.,IV/1:4). Sufi-batinilərdə Kolyada rəmzi Gelad/Xelat rəmzləri ilə eyni mənalıdır. Xelat isə Azərbaycan Atabəgi Sökmənin özünü Şah-Ərmən, yəni Ra-Amon Allahı adlandırdığı mülküdür və bu haqda biz çox yazmışıq. Əgər nəzərə alsaq ki, rusların "Allah" mənasını verən "Boq" sözü də elə bizim "Bəg" rəmzimizdir, razılaşarıq ki, Kolyada Allahı (Бог Коляды) elə Xelat Bəgi deməkdir. Bu isə onu deməyə əsas verir ki, günəşin yatdığı və Allahın taxtının yerləşdiyi Alatır (El-Atar/Adər) dağı - Sökmənin özünü Ərmən, yəni günəş Allahı Ra-Amon adlandırdığı Xelat dağıdır. Biz, "Göydə çənnət yaratmış Azəri bəgləri - Şəddadilər" adlı məqalədə göstərdik ki, qədim Misir mənbələrinə görə, Ra-Amon Allahın tabutu Baxu/Biqqe mağarasında qorunur və bu rəmz də elə "Bəg" rəmzidir. Başqa sözlə, günəş Allahının qəbri və tabutu Xelat Atabəglərinin malikanəsində qorunur və bütün Rus müqəddəsləri, knyazları və Allahı da Azəri/Aruz/Urus bəgləri olmuşlar. "Россия - страна Хазарских Беков или о чём повествует Книга Велеса" adlı kitabında biz elmi sübut etmişik ki, Kitabi Dədə Qorqud qəhrəmanları ilə Rus abidələrində qeyd olunan qəhrəmanlar eyni Türk bəg-ərənləridir (http://gilarbey.blogspot.com/2013/03/blog-post.html). Ruslar Gelat/Xelatın müqəddəs ərənlərini (Hü-ərən) -"Yaruna" adlandırırlar ki, bu da elə "Ya-Ərən" deməkdir. Ərən və İran rəmzlərinin eyniliyi və s. nəzərə alaraq Rus tədqiqatçısı A.İ.Asov bildirir ki, ruslar İran kökənli olmuşlar.

Mənbələrdə ruslar eyni zamanda Boqumirin oğulları da adlanır və bu rəmz Bəg-Əmir, yəni adlarının qarşısında "Mir" rəmzi qeyd olunan Azəri seyid-bəgləri, şad-bəgləri anlamındadır (“Книге Велеса”, Род.,II,1:6). Əmir rəmzi, ən qədim mənbələrdə mar, amorey adlanan ilk İlahi varlıqlara aiddir ki, onlar Şərqdən gəlib Sünikdə (Sennaar/Süni/Sina/Sion), yəni Xelat/Xaldeyada Babil qülləsini tikmişlər. Qədim Misir mənbələrində Xelat/Xaldeya/Gelad - Gel eli adlanır və burada firon Amon kosmik Atum Allahını yaratmışdır. Rus mənbələrində bu Gel eli Kayle-qrad, Kolo-qrad, yəni Kayl/Kolo şəhəri kimi keçir və onu məhz Boqumirin tikdiyi qeyd olunur. Velesin kitabına görə, Kol başçı seçiləndən sonra o, ağsaqqallardan vahid birlik təşkil edib Rus torpağını yaratmışdır (Род.,IV,2:4). Ağsaqqallardan ibarət vahid birlik Kitabi Dədə Qorqudda İç və Taş Oğuz bəglərindən ibarət Qalın Oğuz bəgləri kimi keçir ki, digər mənbələrdə bu birlik Azərbaycan Atabəglər Ailəsi adlanır.

Tədqiqatçı A.İ.Asova görə, Qafqazdakı Alatır dağının yanında əzəmətli Günəş məbədi var idi və buradakı Sar-Qorod, yəni Sar-şəhərdə Yarunanın və Boqumirin nəvələri hökmranlıq edirdi. Sar-şəhər dedikdə Asar, yəni Osiris Allahının şəhəri nəzərdə tutulur və qədim Misirdə Sar-Qorod (SR-QRD) rəmzi Asar-Kerti (SR-KRT) adlanırdı və Osiris ölüm şahlığı mənasını verirdi. Asar-Kerti rəmzi Azərbaycanın cənub bölgəsində Kürdəsər (KRD-SR) kənd adı kimi qalmışdır və məhz bu ərazidəki toponimlər, rəmzlər Rus Allahının və müqəddəslərin elinə uyğun gəlir. Rusların Veles Allahı burada Viləş/Vəlişli, Perun Allahı - Piran, Sva Allahı - Porsova/Pirsva, Rus - Arus və s. rəmzlərlə eyni mənalıdır. Bu da onu deməyə əsas verir ki, rusların günəş Allahının taxtının yerləşdiyi əzəmətli məbədi buradakı bir dağın altında qorunur. Sar-Qorod, yəni Sar/Asar şəhəri mənbələrdə Aziru şahlığı kimi də keçir və mar, amoreylər ölkəsi olan Kodeşə aid edilir. Kodeş rəmzi isə yəhudilərdə "müqəddəs" mənasını verən Kadoş rəmzi ilə eyni mənalıdır. İslamda "müqəddəs" rəmzi - Kuddus, Əhdi-Cədiddə isə İeros, Aqios və s. kimi qeyd olunur. Batinilərdə İeros rəmzi Rus, Aqios isə Oğuz mənasındadır ki, bu da Rus və Oğuz elinin müqəddəs el olması deməkdir. Kuddus rəmzi mənbələrdə Kadus eli kimi keçir və cənub bölgəsində Arus kəndi yaxınlığında Vər-Gədüz kənd adı kimi qalmışdır. Bu rəmz isə Tövratda Kades-Varni kimi qeyd olunur və cənnət ərazisi mənasında göstərilir. Lakin Kadus rəmzi eyni zamanda Qüds rəmzi ilə eyni mənalıdır ki, Qüds də müqəddəs Yerusəlim şəhəridir. Sufi-batinilərdə Yerusəlim rəmzi Yerus-Aləm mənasında müqəddəs Rus-Aləmi, yəni Asar/Osiris Allahının ruhlar aləmi, ölüm şahlığı deməkdir. Bildiyimiz kimi, Yerusəlim şəhəri İzrailin (İsrail) paytaxtı olmuşdur ki, İzrail/İsrail rəmzi də "Azər/Asar/Sar Eli", yəni Osiris Allahının ruhlar eli anlamındadır. Mənbələrdə İzrail rəmzinə, torpaq mənasını verən Eres rəmzi də əlavə edilərək Eres-İzrail kimi yazılır ki, bu da İzrail/Azər-Elinin göydəki Eres, yəni Rus aləminə aid olması deməkdir (Məqalə: "Что означает Эрец-Исраэль на "языке птиц", sayt: https://wordpress.com/view/gilarbeg.wordpress.com). Bütün bunlardan isə belə çıxır ki, rusların Sar-Qorod şəhəri - heç kimin ölmədiyi müqəddəs Asar/Osiris Allahının şəhəridir. Biz, "Что означает святость и кто такие святые" adlı məqaləmizdə elmi sübut etdik ki, rus, yəhudi və müsəlman müqəddəsləri Azərbaycanın pir-seyid bəgləridir (Sayt: https://firudin.blogspot.com/2020/10/blog-post.html?m=1). Bu pir-seyid bəglərinin yurdu isə Azərbaycan Atabəglər Ailəsinin Xelat elidir. Əhdi-Ətiqdə Allahın "Mənim" adlandırdığı izmaililərin Gelat (Qalaat/Xelat) elini ruslar Kolyada, müsəlmanlar isə Gelati-Şiə adlandırırlar. Tarixçi M. Xorenatsiyə görə, Yerusəlim şəhəri tikilib qurtardıqdan sonra Gel şəhəri adlandırıldı. Məhz bu Gel elində Cəddimiz (əcdadımız) pir Əman, yəni firon Amon göylərə qalib gələrək, ilkin materiyadan Adəmi, onun Edem cənnətini, göy və yer insanlarını yaratmışdır.

Yazdıqlarımızdan çıxan nəticə odur ki, bu gün Rusiya adlanan ölkəni də digər bütün qədim ölkələr kimi, Kitabi Dədə Qorqudda Uruz bəg kimi keçən müqəddəs Azəri bəgləri yaratmışlar. Bütün insaniyyət, düşünmə qabiliyətli insan kimi yaşamasına görə bizə borcludur. Çünki məhz bizim əcdadımız Bəkdüz Əman, insan beyninə yeni qat əlavə edib, onları heyvan səviyyəsindən çıxarmışdır.



P.S.Bu gün hamı bilir ki, son üç yüz ildə Azərbaycana düşmən mövqeyində duran, onu parçalayıb orada Ermənistan yaradan Rusiyadır. İkinci Qarabağ müharibəsində biz torpaqlarımızın bir hissəsini alsaq da əksəriyyəti yenə də düşmən əlində qaldı. Onların hamısını qaytarmaq şansı isə bizim üçün yox səviyyəsindədir. Çünki Rusiya və bütün dünya xristianları buna heç vaxt imkan verməyəcəklər. Lakin biz mütləq bütün torpaqlarımızı qaytarmalıyıq və bu bizim üçün namus-qeyrət məsələsidir. Belə olan halda biz müxtəlif yollar axtarmalıyıq ki, bu yollardan biri də Rus tarixini öyrənib, onların zəif cəhətini tapmaqdır. Bu ölkənin mifologiyasını araşdıranda isə məlum olur ki, qədim Rusiya dedikdə mənbələrdə bizim Azəri ölkəmiz nəzərdə tutulur. Deməli, Rusiyaya qalib gəlmək üçün, onların bizdən törəndiyini elmi sübut etməliyik. Belə olan halda Ermənistan müharibəsiz yox olacaq ki, bu da bizim əsas istəyimizdir/



Firudin Gilar Bəg

Sadıq Gilarbəyli
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.