Merilin Monronun azərbaycanlı məşuqu -

2-03-2021, 15:26           
Merilin Monronun azərbaycanlı məşuqu -
O, sovet DTK-sının tapşırığı ilə aktrisadan ABŞ-ın dövlət sirlərini qoparırdı…
1960-cı ilin əvvəlində qurultayqabağı MK “Kommunizm qurucusunun kodeksləri” adlanan 15 maddədən ibarət siyasi təbliğat şüarlarını ortaya gətirdi. 13-cü bənddə deyilirdi: “Kommunist ailədə, cəmiyyətdə, millətlərarası münasibətdə nümunəvi əxlaqa, namuslu və saрlam həyat tərzinə malikdir”. 1985-ci ildən başlayaraq nufuzlu-rütbəli detekacıların Qərb kapitalist ölkələrinə qaçışları sürətlənəndə, SSRİ DTK-sının kəşfiyyat və əkskəşfiyyat şöbələrinin (2-ci və 9-cu şöbələr) tanınmış xadimi, general-mayor Sergey Kovalyov öz kecmiş həmvətənləri Penkovskinin, Qordiyevskinin, Lavrovun yollarını tutmayaraq, ölkəsindən qaçmaq istəmədi, cəsarətli müsahibələr verdi, xüsusi idarəsinin paxırlarını acdı.

Hətta Ali Şuraya seçkilərdə öz namizədliyini də irəli sürdü və ən başlıcası, səs-küylü “Mənim DTK günlərim” kitabını böyük sayda xalqa çatdırdı. O, həmin əsərində bu müdhiş idarənin cox sirli qalan məqamlarını, maraqlı iş üslublarını açıqlayırdı. Sən demə, xarici diplomatları vacib xarici vətəndaşları şantaj təriqiylə əməkdaşlığa cəlb etmək üçün onları ölkə xeyrinə casusluq əməllərinə qatmaqdan ötrü cazibədar yuxarı sinif qızlarını, gözəl xanımlarını, qəşəng evdar ərli qadınları məxfi olaraq DTK-ya cağırır, onlara vətənpərvərlik məsuliyyətlərini xatırladır, ölkənin mənafeyi xətrinə oynaş yadellilərlə ehtiras oyunlarına sövq edirdilər. Mehmanxanalarda, xüsusi ayrılmış evlərdə öz qurbanlarının acıq-sacıq yataq məşğuliyyətlərini gizlədilmiş cihazlarla lentə cəkir, ifşaedici dəlil əşyaları kimi həmin gəlmələrə göstərir, beləliklə, xaricdə bu yolla ələ kecmişlərdən ibarət geniş casusluq şəbəkələri yaradırdılar.

Belə iyrənc fəndlərlə işləyənlərin iç üzləri aydındır, lakin bizi başqa mətləblər maraqlandırır. Sözügedən kitabda bizim bir soydaşlarımıza dair verilmiş abzasda gözlənilməz məlumat mövcuddur ki, elə yazımızın güzgüsünü də ona sarı və onun ətrafında başqa qaynaqlardan apardığımız araşdırmalarda cərəyan edən olaylara tərəf tutmaq zorundayıq. Kecmiş “detekaçı” general yazır ki, Sovet İttifaqı xüsusi xidmət idarəsinin ABŞ və Kanada üzrə baş kəşfiyyat rezidenti polkovnik, “Ostap” ayamalı Seyran Xələf oğlu Qasımlı 12 il ara vermədən bu təhlükəli və ağır vəzifəni şərəflə daşımışdır.

Sonralar Amerikanın kəşfiyyatcı təyyarəçisi Payerslə dəyişdirilən məşhur sovet casusu Abel və yüzlərlə xəfiyyə işcilərimiz məhz onun rəhbərliyi altında uğurlu fəaliyyət göstərmişlər. Kovalyovun onun haqqında verdiyi bilgilər xəsiscəsinə burda bitir. “Ostap” Vaşinqtona 1950-ci ilin sentyabrında gəlmiş, 1962-сi ilin noyabrında başqa bölgəyə göndərilmək üçün Mərkəzə cağrılmışdır. Yeri gəlmişkən, “ost” ingiliscə şərq, “apl” qısaldılmış hissəsi isə nəfər deməkdir ki, bu da onun fəaliyyət bölgəsini, həm də şərqli azərtürk olduğunu ehtivalayırdı. Qasımlı Moskvada doğulmuş, orada həyat yoluna başlamış 39 yaşlı ifrat intizama malik təcrübəli sovet xəfiyyəsi zabitiydi. Dünya xəfiyyəçiliyi tarixində bir qayda olaraq casuslar öz ölkələrinin səfirliklərində ceşidli sahələrdə əməkdaşlar kimi qoruyucu iş örtüklərindən bəhrələnirdilər. O, A.Dobrıninin mədəniyyət məsələləri üzrə attaşe-müşaviri idi. Qılıqlı təbiəti, yovuşarları azərtürk və ruscadan özgə daha beş dildə mükəmməl danışması, səfirlikdəki vəzifəsinin səciyyəsi, xüsusən amerikalıların düşündüyünə nəzərən, əzilən xalqa mənsubiyyəti, təbii ki, azərtürklüyü onun iki ölkə ərazisində sərbəst və məhdudiyyətsiz hərəkətlərinə imkan yaradırdı.

Üç dövlət başcısının – Eyzenhauerin, Makmillanın, Xruşşovun 1956-cı ilin iyunundakı yüksək səviyyəli Paris və Vyana görüşləri baş tutmayandan sonra soyuq müharibənin iti dişli carxı daha yeyin dövr etməyə başladı. İrəlidə 1960-cı ilin noyabrında yeni prezident seckilərinə hazırlığın vüsətini, ABŞ Demokrat Partiyası nüfuzunun yüksəlməsini, avqust qurultayında bu firqənin rezidentliyə namizədliyini qabaqcadan düzgün proqnozlaşdıran sovet rəhbərliyi uzun gedişli casusluq əməliyyatına yaşıl içıq yandırdı. Az keçmiş bizim rezident yuxarı məqamlı DTK rəhbərliyindən əlahiddə tapşırıq aldı. Biz, Seyran Qasımlının sonrakı icra hərəkətlərini yoxlayarkən, onun atacağı addımları izləyərkən, öncə nüfuzlu “Zarubejom”, “Komsomolskaya pravda”, “Den”, “Nezavisimaya qazeta” qəzetlərinə, “Azadlıq” radiosunun Münhen yayımlarına və xüsusən “Ekspress-qazeta”ya baş vurduq. Aydın oldu ki, sovet kəşfiyyatçı rezidentinə verilmiş ciddi tapşırıq elə ağır və ağlasığmazdı, gəl görəsən. Amerika kişilərini və yeniyetmələrini yuxusuz qoyan iki Hollivud super kino ulduzlarından ikisiylə də: xeyli çılğın və sirsaxlamaz, ağzıboş Elizabet Teylor xanımla, ya da həyatsevər və eyş-işrət vurğunu, bircə məftunedici gülüşünə Qeytsin 10 milyon verməyə hazır olduğu Merilin Monro ilə tanışlığa, birini məşuqəyə çevirməyə nail olmaq tapşırığı qarşıda dururdu. Ulduz ovuna cıxmağa məcbur edilmiş rezident, nəhayət, “Sınıq ox”, “Sonuncu gəliş”, “Cazda yalnız qızlardır” filmlərində qadın surətlərinin yüksək ustalıqla ifalarına görə üc dəfə “Oskar”a layiq görülmüş 31 yaşlı, əsl adı və soyadı Normana Cinz Beyker olan, fransız yazarlarının ona verdikləri “başçılar sevimlisi”, yəni Merilin Monro ayamalı gözəl üzərində dayandı…

1959-cu il iyulun 25-də bürkülü bir havada Miciqan şəhərləri arasında işləyən “Vilson” gəzinti-əyləncə gəmisində onlar tanışlığın müjdəsini qaparaq, “bahar çiçəklərinin ürəyi qan olan gecə”ni beləcə keçirdilər. Bədəninin cazibədar cizgiləri jurnalların ilk səhifələrindən düşməyən, mavi, dərin gözlərinin, sədəf dişlərinin, çəhrayı, narın yanaqlarının, odlu təbəssümlərinin, qabarıq sinəsində iki limon kimi dik qərar tutmuş döşlərinin məstedici ovsunları qəzet saylarından əskik olmayan Amerikanın gözəllik ilahəsi, domino daşı kimi qalın qara bığ gəzdirən, əsl kişi biçimli bizim azərtürk oğlumuzun məşuqəsinə çevrildi. (Sonradan DTK rəhbərliyi bunu”sovet kəşfiyyatının ən böyük uğuru” adlandıracaqdı.) Yazıqlar olsun ki, Seyran-Merilin sevdası şəffaf bəşəri duyğuların, sağlam insan şəhvətinin və ehtiraslarının təntənəsinə deyil, iki iri dövlətlərarası qarşıdurmanın hikkələrinə xidmət etməli məqsədlərə yönələcəkdi. Vaşinqtonda Arlinqton hərbi qəbiristanlığı civarında gizli otaqda aramsız kecirilən yataq macəraları Merilin xanımı elə bihuş hala gətirmişdi ki, elə əfsunlamışdı ki, sanırdın iki yeniyetmə ilk məhəbbətin dalğaları qoynuna atılmışdır. On üç yaşında bakirəliyi ilə vidalaşan gələcək super ulduzun bu qızlıq günahını hər bir amerikalı təfərruatıyla bilirdi. Məşuqə öz məşuqu qarşısında uşaq kimi dizin-dizin yeriyir, ona hər dəfə “ey mənim yeniyetməliyimin ilk gecəsinin zövqümü qaytaran”, “ey mənim yer Allahım” deməkdən usanmırdı. Ostap, yeni şərqli məşuq onun nəinki tükənməz qadınlıq hisslərinə, eləcə də əqlinə, zəkasına, fikirlərinə, düşüncəsinə hakim kəsilmişdi.

Neyləməli ki, iş işdi, Seyran da əmr quluydu, ona görə də sevənlərin vüsal pəriləri səmalardan yerə enməliydi. Az kecdi, yataq pıçıltıları ilahəni kommunizm amallarına doğru yaxşılaıdırdı. O, şər imperiyasına qulluq etməyə razılıq verdi və həmin ilin dekabr ayının son Yeni il gecəsindən sovet kəşfiyyatı nəfinə Seyran Qasımlının cəsusluq tapşırıqlarını yerinə yetirməyə üz tutdu. Gəlin, gözəllik ilahəsini, həmcinin başı bağlı rezidenti qınamayaq.

Birinci, artıq gələcəyinə inandığı siyasi məqsədlərin gercəkləşməsinə inandığı üçün gül bədənini hərraca qoyaraq yad ölkə xeyrinə xəfiyyə məlumatları eldə edərək rezidentə çatdırır, digəri isə öz vəzifə borclarını unutmayaraq səmimi rəğbət bəslədiyi yataq məşuqə tərəfdaşını özgələr qucağına göndərirdi. Burada, heyf ki, qəbul olunmuş əxlaq-ərkan qaydaları unudulmalıydı. Merilin Monro altmışıncı ilin ilk günlərindən Messaçusets ştatının kecmiş qubernatoru, həmin ştatdan konqresin senatoru seçilmiş (1953-1960) Con Fitscerald Kennedinin, ortancıl qardaşı Robertin, ailənin sonbeşiyi Edvardın gizli olaraq ayrı-ayrılıqda zövqlərini oxşayırdı. Böyük qardaş ulduzla hovuzda əylənməyə üstünlük verir, ortancıl qardaş Merilinlə meşəyə cəkilməyi xoşlayır, Edvard isə baş kəndin Betez bölgəsindəki gecə barının xəlvət otağını seçirdi.

Məxfi əyləncələrin sonucunda aşkarlanacaq ki, Kennedilər ailəsinin kişi üzvləriylə cinsi əlaqələrin zəruriliyi Mərkəz tərəfindən vaxtında və düzgün proqnozlaşdırılmışdı. Belə ki, milyarder və varlı işbazların onunla vüsala can atmalarına rəğmən, Merilin xanım heç kəsə məhəl qoymadan dənini üyüdür, həftələrin digər günlərində konqresin Xarici Məsələlər üzrə komissiya sədri, senator Fulbraytla, Uoll-Strit maqnatlarının başçısı senator Qolduoterlə, “Nyu-York” qəzetinin məşhur baş yazarı Lippmanla məhrəmanə gecə yataq “oyun”larını keçirir, təmənna güdmədən əldə etdiyi qiymətli dövlət sirlərini ilk mənbədən öyrənərək, bilgiləri sevimli Seyranına çatdırırdı. 1960-cı ilin aprel ayının 14-də Çikaqo şəhərində demokrat Con Kennedinin prezidentliyə namizədliyi irəli sürüləndə məlum oldu ki, SSRİ qorxunc düşməni ABŞ-nın dövlət maşınının işədüşmə düyməsini ələ keçirmişdir. Amerika siyasi tarixində ilk kərəydi ki, namizəd Kennedinin seçki kampaniyasının səkkiz rəqəmli təbliğat xərclərini xarici rəqib məmləkət – Sovet İttifaqı hökuməti məxfi tərzdə maliyyələşdirirdi.

Bu görünməmiş əməliyyat uğuru Merilin xanımın təkrarlı ehtiras anlarında gələcək prezidentə ünvanı və qaynağı göstərmədən pıçıldadığı nazlı-qəmzəli kəlamların sayəsində baş tutmuşdu. Bu misli görünməmiş siyasi durum Seyranın tam peşə zəfəriydi. Con Kennedi prezident seçilən kimi (7-8 noyabr, 1960) kino ulduzu digər yataq tərəfdaşlarını həsrətlə bir kənara qoyub nəvazişləriylə yalnız prezidenti şərəfləndirməyə başladı.

İndi əslində Moskva Ağ Ev sahibinin bütün addımlarını öz nəzarəti altına almışdı. Prezidentin dillərdə əzbər olmuş şəhvət qızğınlığı ucbatından Merilin-Con görüşləri kəmiyyət və keyfiyyətcə yeni şəkil almış, saunalardan şəxsi rancoya kecirilmişdi. Prezidentin arvadı Jaklin Burye (fransız əsilli) ərinin xəyanətlərindən xəbərdar olsa da, bir qadın kimi susurdu.

Kuba ətrafında əks-inqilabi böhran yetişəndə (3 aprel, 1961) Fidel Kastro silahlı əksinqilabçıların Kocinos sahillərinə çıxacaqları günü, saatı və düşmən qüvvələrinin tərkibini, silahlanma dərəcəsini artıq bilirdi, ona görə də hücumların darmadağın olunması kommunistlərin belə az itkisiylə sonuclanmışdı. Merilin xanım ilk mənbədən öyrəndiklərini Seyrana vaxtında çatdırmışdı. Bütün bunlara baxmayaraq, Kocinos olaylarından sonra səbəbi göstərilmədən rezident dəyişdirildi (yanvar, 1962). Merilin xanımın sevimli azərtürk məşuqunun əvəzinə, DTK-çı mayor Yuri Zabelin mədəniyyət məsələləri üzrə attaşe-müşavir göndərildi. Seyrandan ayrılıq casus gözəli yetərincə üzüntüyə saldı. O, təzə rezidentlə, əli əl, dodağı dodaq görməyən məktəbli qız kimi rəsmiyyət dairəsində davranır, lakin verdiyi əhdi qırmaq fikrinə də düşmürdü. Şöhrətə, ali məqamların diqqətinə və kubar cəmiyyətin həsrətlilərinə məhəl qoymayan, aramsız yanıqlı baxışlar altından cüyür kimi süzüb kecməyə öyrənmiş super ulduz nə biləydi ki, bolşevik bəylə bostan əkənin tağı onun ciynində bitəcək, faciə kabusunun qara əlləri onun boрazına doğru uzanacaqdır. İkicə il öncəyə qayıdaq…

1959-cu ilin iyun ayının 15-də səhər saat 10 tamamda Tallin limanında “Orconikidze” okean sərnişin gəmisi 450 nəfərlik adamla Nyu-Yorka yollanırdı. Amerika Birləşmiş ştatlarına gedənlər oraya ilk rəsmi səfərə cıxan Sov.İKP MK-nın baş katibi N.S.Xruşşov və onun coxsaylı əshabələriydi. Təmtərağa, yeyib-icməyə vərdişkar kommunist başcısı dünyaya səs-küy salmaqdan ötrü bu minvalı secmişdi.

Bir həftəlik üzgüdən sonra səyahətçilər ünvana yan aldılar. Prezident Duayt Eyzenhauerlə rəsmi görüşlər bitdi, üc gövlətlərarası müqavilələr bağlandı, Xruşşov 17 yerdə cıxış etdi, rahatlanmaq üçün baş kənddə onun üçün ayrılmış iqamətgaha cəkildi. Katibin səfərinin baş icmalcısı, yəni kürəkəni “İzvestiya” qəzetinin baş yazarı Acubeyin sonralar 2.000.000 tirajla nəşr etdirdiyi “Amerika ilə üz-üzə” kitabında göstərdiyi kimi, iyun ayının 30-da gecə saat 12 radərində Xruşşovun Merilin Monro ilə dörd saatlıq təkbətək iqamətgah görüşü oldu. “Ekspress-qazeta” yazır ki, altmış beş yaşlı tosqun və yöndəmsiz kişi super ulduzu sərxoşluq zəminində seksual şirnikə sövq etmiş, yatağa sürükləmiş, onunla cinsi əlaqəyə dalmış, ertəsi gün axşam vətənə dönmə ərəfəsində sözügedən əyyaşlıq və pozğunluq mərasimi daha iki dəfə təkrar edilmişdir.

Biz Merilin xanımın kecirdiyi həyəcanları həya-abır lakmus kağızına salaraq onun qırmızı rəngə, rus qızıl-qırmızı utanmaz caları cevrildiyi müşahidə edə bilərik. Bəs qadın casusun Seyran ölkəsi qarşısında səbatlı xidmətləri, hər an ölümlə üz-üzə dayanmanın haqq ödənci belə cirkin sui-istifadəyə əsas verirmi? Ağlı başında olan bir kəs tapıllmaz ki, gözəl xanımın qarnı başından qabaq qapıda görünən qoca idbarın, o lap fövqəl-dövlətin rəhbəri olsa belə, qucağına öz xoşuyla girdiyinə inansın. Onu indi də ehtiramla yad eləyən qədirbilən amerikanlar halidirlər ki, vəfalı ana, ikiillik qanuni kəbinlə doğulmuş yeganə qızı Cenninin xatirinə Merilin xanım bir necə milyardcı ərəb şeyxinin, hətta iki avropalı siyasi dövlət xadiminin izdivac təkliflərini cavabsız qoymuşdu.

Seyran Qasımlı tərəfindən ona təlqin edilmiş böyük amallar naminə, yaxud sevimli qızcığazını xoşbəxt böyütmək xatirinə qadınlıq ləyaqətini yad kişilərin ayaqları altına atan bu incə məxluqun əməllərinə fahişəlik damğalarını vurmaqla güclü məxluqlar yerə girməzlərmi? Merilin xanım Allaha üçbarmaq işarəsi göstərənlərin sovet ateist nütfəsindən xəbərdar olsaydı, Xruşşova baş qoşmaz, öz yoluyla gedərdi. Nəzərə alaq ki, bu cəsarətli qadın sülh qüvvələri nəfinə, sovet xalqı xeyrinə həyatını təhlükəyə məruz qoyaraq, 12 kərə aborta getmişdi…

O, döləqalmanın qarşısını alan dərmanlara və bir neçə texniki vasitələrə nəzərən allergiya duyduğundan, cərrah bıçağı altına girirdi. Bu günahkarlar icrə sevgilisi S. Qasımlı (I), Con (5), Robert (2), Edvard (1), Fulbrayt (1), Barri Qolduoter (1) və Xruşşov (1)vardı. Bu işdə o, sonda təkcə sevimli Seyranını bağışladı. Taleyinə fədakarlıq və özünüqurban düşmüş Merilin xanım duysa belə tezliklə rusbaşlıların xəyanətiylə üzləşəcək, üstəlik kommunistlər əliylə qətlə məruz qalacaq, elə Lixtenşteyn şahzadəsinə ərə gedərək, bircə qızını qızıl teştdə böyüdərdi. Gör hələ onu nələr gözləyirdi, İlahi. Qarşıda isə daha bir imtahan sınağı pusquda dururdu.

Amerikanın hərbi peykləri Kubada orta mənzilli və ballistik sovet raketlərinin yerləşdiyini qeydə almış, sovet-Amerika münasibətləri müharibə həddinə catmışdı. Ruslar və Kastro raketləri çıxartmaq istəmir, Vaşinqton oraya nüvə zərbələri endirməklə hədələyir, bəşəriyyəti məhvolma təhlükəsi gözləyirdi. Kennedi və Xruşşov bir-biriylə savaş dilində danışır, qarşı tərəfi ittiham edirdilər, xalqlar qorxu və həyəcan içində III Dünya savaşını, deməli, dünyanın sonunu, Qiyamət gününü dəhşətlə gözləyirdilər. Seyran Qasımlı səyyah qismində Kubaya gəldi (13 sentyabr, 1962-ci il), Los-Ancelesə zəng edərək, Merilin Monronu Havanaya çağırdı. Ertəsi gün bəxtəvər məşuqə onun yanına çatdı. Aşiqlər bir necə gün şirin anlar yaşadıqdan sonra Merilin xanım Vaşinqtona, oynaşı prezidentin görüşünə getməli oldu. Seyrandan aldığı vacib tapşırığı özünəməxsus qılıqlarla Con Kennediyə təlqin eləyən məşuqə intizarla zəhmətinin nətiçəsini gözləyirdi. Dövlətin təhlükəsizlik taleyini bir qadın nəvazişinə və pıçıltılarına qurban veriləcəyini düşünmək sadəlövhlük olardı.
Kennedi Moskvaya vaxt vermişdi, sözündən də dönə bilmirdi. Ölkəsini və simasını xilas etməyi də düşünürdü. Belə bir əlimyandı vaxtında super ulduzun məsləhətləri lap yerinə düşdü. Düşmən düşərgələrinin hər ikisində generalların barmaqları nüvə silahı və ballistik raketlərin düymələri üstünə qoyulmuşdu. Axır ki, 1962-ci il oktyabr ayının 22-də prezident Con Kennedinin bəyanatı yayıldı. Bəşəriyyət azad nəfəs aldı. Prezident deyirdi: “Siz bütün raketləri Kubadan cıxarırsınız, biz Kuba ətrafında yaratdığımız iqtisadi mühasirəni açırıq”. Xruşşov razılıq verdi, lakin Fidel Kastro daş atıb başını tuturdu ki, raketlərin bir hissəsi saxlanılmalıdır. Fikir verin, Kennedi məşhur sülh bəyanatını nə Ağ Ev binasından, nə Pentaqondan, nə də Müdafiə Nazirliyindən deyil, əqlə sığmayan bir yerdən, yəni SSRİ-nin ABŞ-dakı səfirinin iş otağından vermişdi.

Bunun açması əl altındadır. Seyran-Merilin planı prezidenti, artıq məhrəm sandığı və belə cavanşümül bəyanatın ötürülməsi üçün təhlükəsiz yer kimi qəbul etdiyi məkanda danışmağa ruhlandırmışdı. Beləliklə, biz azərtürklər sonsuz qurur hissiylə aləmə car cəkməyə haqlıyıq ki, Cahanı III Dünya müharibəsi dəhşətlərindən, bəşəriyyəti nüvə qırğınlarından DTK-nın ABŞ və Kanadadakı rezidenti Seyran Xələf oğlu Qasımlı qurtarmışdır. O, 1964-cu ilin yanvarında general-mayor rütbəsi almış, 1973-cu ildən DTK-nın mərkəzi idarəsində Yaradıcı Ziyalılarla və İctimaiyyətlə İş şöbəsinin (5-ci şöbə) rəisi işləmiş, 1986-cı ildə fərdi təqaüdə cıxmış, elə həmin ilin dekabrında general-leytenant rütbəsində ürək catışmazlığından dünyasını dəyişmişdir. Sayın oxuyar, yazını belə bir məqamda bitirmək yararlıydı, ancaq sonrakı gözlənilməz hallar buna imkan vermədi.

Orta mənzilli, ballistik və nüvə başlıqlı sovet raketlərinin adadan sürətlə cıxarılması cədvəlində ləngimələr baş verdiyindən, razılıq şərtlərinin pozulma təhlükəsi yarandığından, Moskva Nazirlər Soveti sədrinin müavini və ticarət naziri A. Mikoyanı Havanaya göndərmişdi. Fidel Kastronun bu işə könülsüz yanaşmasından əsəbiləşən daşnak nazir Havananın “Xose Marti” mehmanxanasında vargəl edə-edə fəndlər düşünürdü. Qapıda noyabr ayının son həftəsi görünməkdəydi. Mikoyan ada rəhbərini dilə tutmalıydı, cünki o, sonuncu bir necə raketin cıxarılmasını eşitmək belə istəmirdi. Narahat Hayk gədəsi qonaq evinə qayıdarkən, axşamüstü cangüdənlərin birindən eşitdi ki, amerikan ulduzu Merilin Monro istirahət günü bu ölkəyə gəlmişdir. Cimərlikdə təkcə uzanmış qadını onun dəvətilə mehmanxanaya cağırdılar.

Qadının sovetlərə işləməsi və dürlü-dürlü eşq macəraları, yəqin ki, Mikoyana bəlliydi. Danışılan gündən bir həftə öncə arvadı Yelena Akopovanın ölüm xəbərini teleqramla ona bildirsələr də, səfərin vacibliyini nəzərə alaraq hec dəfnə gəlməyə də ona icazə verməmişdilər. Ümumi söhbətdən sonra daşnak öz qonağını masa arxasına dəvət elədi. İrəvan konyakı süzülmüş ikinci badələr boşaldılan kimi gədənin altına elə bil od qoydular. O, Merilin xanımın sinəsinə-başına əl atır, belini qucmağa calışır, onun yanaqlarını, boyasız al püstə dodaqlarını, dəniz kimi mavi gözlərini öpüşlərə qərq eləməyə girişir, bu zaman qərəq-qərəq, kobud ingiliscə bayağı sözlər yağdırırırdı. Elə ki, otaq sahibi onun üst paltarının ətəklərini zorla yuxarı dartaraq, onun sıxılmış budlarını və qırmızı rəngli zərif cimərlik ücbucaq yanlığını qarmaladı, zavallı Merilin xanım zorlamaya məruz qalmış bütün qadınlar sayağı müqavimətin əbəs olduğu qənaətinə gələrək cinayətkarı qışqıracağı ilə hədələdi.

Çuxura düşmüş gözlərini bərəldən nazir qovsvari yekə burnunu cəkə-cəkə tez qurbanından uzaqlaşaraq yumşaq stula əyləşdi. Düymələri acılmış zolaqlı mənzil pencəyinin altından görünən sıx qara sinə tükləri, altmış səkkiz yaşlı beli donqar qocanı daha eybəcər göstərirdi. Arıq sinəsi qalxıb-endikcə tövşəyən sərxoşun nə yazıq-yazıq baldır süzmələri, nə üzr istəmələri, nə də yalvarışları təhqir olunmuş sınıq qadın könlünü ovuda bilməyəcəkdi. Bir az özünə gəlmiş kino ulduzu sarışın saclarına və üst-başına əl gəzdirərək, dərin həyəcanla və qəzəblə qapıya sarı dönərək: “Siz hökumətin ikinci şəxsisiniz, yoldaş Mikoyan, ayıbdır axı” – dedi.

Qonaq gözəlin sağollaşmadan getməsi onun üzünə vurulmuş ən ağrılı silləydi. Bir daha görüşəcəklərinə ümidini itirmədiyini bildirən baş tutmayan aşiq Merilin xanımın nifrətlə qaynayan baxışlarını və şərqli qadınlara tanış olan, qapazı andıran qoşa əl hərəkətini qazanaraq başını aşağı dikdi. Bütün vücudu sarsıtmış bu ürəkbulandırıcı səhnədən sonra istirahətini yarımcıq qoyan Merilin Monro səhər erkən təyyarəsiylə Los-Ancelesə – evinə ucdu.

Faciələr qafiləsi bunlarla bitsəydi, nə vardı. Ertəsi gecə (26 noyabr, 1962-ci il) yatağında dərd əlindən qovrulan DTK-cı casus hönkürə-hönkürə öz-özünə danışarkən: “Deyəcəyəm, hər şeyi MKİ-yə, FTB-yə (Mərkəzi Kəşfiyyat İdarəsi və Federal Təhqiqat Bürosu) deyəcəyəm. Məni qırmızı fənərlər fahişəsinə döndərmək istəyirlər. Danışacağam”- deyə haray cəkirdi – “Mən o qoca kaftarın təcavüzündən onlara xəbər verəcəyəm. Ah, bircə mənim Seyranım yanımda olsaydı…”

Merilin xanımın meksikalı ağbircək “vəfalı” qulluqcusu Suzanna onun hirslə ucadan dediyi sözlərə acar yerindən qulaq asır, xanımının yataqda qovrulduğuna baxırdı. Merilin xanım haradan biləydi ki, sədaqətli sandığı xadiməsi də zabit Zabelin tərəfindən cəlb olunmuş DTK-nın muzdlu xəbərçisi imiş. Düyünün açılması özünü çox gözlətmədi. Dövlətlərarası fəlakətlərə gətirə biləcək cox şeyi bilən kino ulduzunun ifşaedici mənbə kimi aradan götürülməsi labudləşmiş, artıq ali kommunizm amallarına, onun bərabərlik dünyasının təntənəsinə yönəlmiş xidmətlərinə ehtiyac yeri qalmamışdı. Çünki turşusu tamam sıxılan lumu puçalı kimi gərəksizləşmiş Merilin Monro canavar qanunları üzərində qurulmuş oyunlarda uduşsuz kart vərəqinə çevrilmişdi. Biçarə ulduz başa düşmüşdü ki, gənclik çağlarında maraqlandığı tam nizamlanmış islam aləmi üçün dağıdıcı təriqətçilər nəydilərsə, mədəni dünya üçün də pozğun bolşevik firqəçiləri də oymuşlar. Bakıda Azərbaycan Həmkarlar İttifaqları Şurasının sədri (1920), Rostov-Don Ölkə PK-nın, Nijni Novqorod Vilayət PK-nın katibi işlədiyi dövrlərdə (uyğun olaraq, 1920-21-ci və 1922-ci il) arvadbazlıq və əxlaqsızlıq şakərləri barədə əməlləri dillərdə gəzən adama rast gəlmiş qadın bir gün öncə ayrılıq bəlasına, hicran dərdinə mübtəla etdiyi Mikoyana min-min təşəkkürlər yağdırırdı ki, pozğun davranışıyla onun gözlərini açıb, ölkəsini tanıdıb…

Ertəsi gün axşamüstü qadında zəhərlənmə əlaməti, mədə pozuntusu baş vermiş, nədənsə həkim cağrılmamış, qulluqçu iki kərə xəstənin qarnını yudurtmuşdu. Sevimli qızı Cennini Harvard Universitetindən çağırmağı xadiməyə tapşırsa da, yataqxanada qalan qızı gəlib cıxmamışdı. Beşcə gün üzülüb əldən düşmüş xəstə xanım anus dəliyindən bağırsaqlarının yuyulmasına razı olmuş, güclü “əməliyyat” bitəndən sonra halı daha da xarablaşmış, qızdırması artmış, güclü öyümələr başlamışdı. Bədbəxtlikdən telefon da işləmirdi…

Nəhayət, qonşu telefonuyla çağrılmış həkim, həm də xəstənin yaradıcılıq pərəstişkarı olan adam hər şeyə aydınlıq gətirdi. Bağırsaq mayesinin ciddi tibbi təhlili göstərdi ki, üç yuyulma vaxtı xəstənin mədə və bağırsaqlarına çoxlu zəhərli biopan toksini yeridilmişdir. Evdə FTB-nin müstəntiqlərinə iki bir-birini inkarlayan ifadələr vermiş qulluqçu qadın həbs olundu. Təcrübəli hüquqşunaslara bəlliydi ki, bu insan qətlində ikinci cinayətkar tərəf də mövcuddur: çox şey bilən sovet casusu – Merilin Monro “özününkülər” tərəfindən aradan götürülmüşdü. O, 1962-ci ilin noyabr ayının 30-da axşam saat 9-00 radələrində ağrılardan qışqıraraq əzablar icində dünyasını dəyişdi.

Bu qəmgin olayda namərd cinayətlərə adətkərdə sovet DTK-nın dəst-xətti aydın görünsə də, həmin insan faciəsindən bir həftə qabaqkı mehmanxana səhnəsinin və Mikoyanla bağlı sarsıntısının izləri unudulmamalıdır. Sankt-Peterburqda yaşayan müğənni nəvə Stas Namin də öz babası Mikoyanın təbiətinə xas “bazlıq işlərini” təsdiqləyir.

Onu da unutmağa dəyməz ki, yüz minlərlə adamı məhv edən, milyonlarla başqa cür düşünənləri işgəncəyə, zorakılığa, böhtanlara culğalayan faşist qurumu DTK-nın canlı kabusları hələ də icimizdə yaşayır.

Oqtay Eldəgəz
konkret.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.