Dollar yayda revanş götürəcək - FOTO
7-05-2015, 10:06
Dollar yayda revanş götürəcək
10 ay ərzində məhz aprel ayında ilk dəfə olaraq dollar əsas dünya valyutalarına nisbətən zəifləyib.
ANS PRESS-in məlumatına görə, "Goldman Sachs" bankının analitiklərinin kursun dəyişməsi əsasənda dollar indikatorunu hesablamaları nəticəsində məlum olub ki, ABŞ vayutasının 10 əsas dünya valyutalarına nisbətən zəifləməsi aprel ayında 3 faiz təşkil edib.
Bu, 2011-ci ilin oktyabr ayında bu yana ən maksimal enişdir. Dolların belə zəifləməsi isə rəqib valyutaların neft qiymətinin qalxması tempindən daha tez güclənməsinə səbəb olub.
Lakin, "Goldman Sachs"ın hesablamalrında qeyd olunur ki, belə vəziyyət çox çəkməyəcək. Analitiklərin proqnozuna əsasən demək olar ki, yaxın 12 ay ərzində dollar 18 faiz güclənəcək. Bu təqdirdə 1 avro 95 sent, 130 yen isə 1 dollar olacaq.
Amerika iqtisadiyyatının 2014-cü ilin 4-cü rübündə yavaşlaması və 2015-ci ilin əvvəlində ÜDM-in yalnız 0,2 faiz artımına baxmayaraq analitiklər düşünür ki, bu ilin ikinci kvartalında ABŞ iqtisadiyyatı yüksəliş tempini bərqərar edəcək ki, bu qeyd olunan dinamikaya səbəb olacaq.
Analitiklərin dediyi düz çıxarsa və neftin qiyməti yüksələrək ilin axırına barelinə 80 dollar səviyyəsinə çatarsa bu manat da daxil olmaqla digər valyutalara təsirsiz ötüşməyə bilər.