"Heybət Heybətovun adı o vaxt Zuvanov Vladimir Pavloviç olub."
7-05-2015, 12:04
"9 may bayramı həqiqətən keçirilməlidir, çünki tarixi unutmaq olmaz, qəhrəmanlığı unutmaq olmaz, bu əbədi bir şeydir"
"Tarixi sənədlər göstərir ki, müharibə başlayandan iki gün sonra 50 minə yaxın Azərbaycan qızı və oğlu könüllü olaraq komissarlıqlara gəlib. Sevindirici faktdır ki, Böyük Vətən müharibəsində 3 mindən çox azərbaycanlı qız könüllü xidmətə gedib"
"Böyük Vətən müharibəsi zamanı xalq həqiqətən ürəkdən səfərbər olunub, çünki vətən bizim idi"
"Hitlerin planı Bakını almaq və buradan da Hindistana yol açmaq idi"
"Məhəmməd Əmin Rəsulzadə Hitlerlə görüşməyə təşəbbüs edib, amma alınmayıb"
"Hitler deyib ki, Sovetlər ölkəsində yaşayan heç bir dövlətə hüquq verilməyəcək, alman milləti ali millətdir, qalan bütün millətlər Almaniyanın qulu olacaq"
"Hitlerin ən böyük arzusu Bakını almaq idi, çünki ona neft lazım idi"
"İkinci dünya müharibəsi zamanı 223-cü Belqrad atıcı diviziyasının ilk komandiri Heybət Heybətov olub. O müharibə başladıqdan sonra ilk general rütbəsi alan azərbaycanlıdır”
"Müharibə başlayanda 5 diviziya yarandı, bu diviziyalara komandanlıq edən azərbaycanlı yox idi, onda Heybət Heybətovu gətirdilər "
"Heybət Heybətovun adı o vaxt Zuvanov Vladimir Pavloviç olub. Bunun səbəbi Zuvanov Vladimir Pavloviç adlı şəxsin onu oğulluğa götürməsidir. Ad belə getsə də, bütün arxiv sənədlərində hər yerdə milliyyətini azərbaycanlı yazdırıb"
"Müharibə qurtarandan sonra Heybət Heybətov Mərkəzi Komitədə 1959-cu ilə kimi hərbi məsələlər üzrə müşavir işləyib. Məzarı Fəxri Xiyabandadır"
"Adı unudulmuş generalımız Yaqub Quliyevin taleyi daha acı olub. O şuşalı idi. Erməni-müsəlman davası zamanı bir çox azərbaycanlı kimi Bakını tərk edərək Türkmənistana gedib. Burada rus dilini öyrənib, Daşkənddə oxuyub və hərbi karyera qurub"
" Yaqub Quliyev bütün Orta Asiyadan bölgəsindən Frunze Hərbi Akademiyasını bitirən yeganə azərbaycanlıdır "
"Yaqub Quliyevin diviziyasını Belarusa döyüşə göndəriblər. Moskva istiqamətində hərəkət edən alman diviziyasını bir sutka ləngidib və Stalinin əmri ilə Yaqub Quliyevə birbaşa general-mayor rütbəsi verilib"
"Yaqub Quliyevin taleyi ilə heç kim maraqlanmayıb, hər yerdə türkmənlərin birinci generalı adlandırılıb. Ona heykəl qoyublar, muzey yaradıblar, adına məktəb, kolxoz var. Hər yerdə adı türkmən kimi gedir, türkmən cavanları orduya gedəndə onun abidəsi qarşısında and içirlər. Amma o türkmən deyil, azərbaycanlıdır"
"İsrafil bəy İsrafilbəyov kimi ikinci real xatirə yazan yoxdur, o Əsgəran döyüşünün bir nömrəli qəhrəmanidır"