“Forbes” jurnalı dünyanın ən böyük şirkətlərinin reytinq cədvəlini hazırlayıb.
7-05-2015, 12:44
Amerikanin nüfuzlu “Forbes” jurnalı dünyanın ən böyük şirkətlərinin reytinq cədvəlini hazırlayıb. Ən böyük şirkətlərin adı onların səhmlərinin bazar qiyməti, işçilərin ümumi sayı və dünyanın müxtəlif ölkələrindəki ofislərinə görə müəyyənləşdirilib.
Modern.az saytı xəbər verir ki, dünyanın ən böyük şirkəti Çin Kommersiya və Sənaye Bankıdır (İCBC). Bakın səhmlərini “Forbes” jurnalı 278,3 milyard dollar dəyərində qiymətləndirib. Rusiyanın ən böyük şirkəti sayılan “Qazprom” isə siyahıda 27-ci pillədə qərarlaşıb. Bu şirkətin dəyəri 62,5 milyard dollardır.
Bakılı Vahid Ələkbərovun prezidenti olduğu “LukOil” şirkəti dünyanın ən böyqük şirkətləri arasında 109-cu yerdə qərarlaşıb. Neft şirkətinin bazar qiyməti 43,5 milyard dollar təşkil edir.
Modern.az “Forbes” jurnalına istinadən dünyanın ən böyük şirkətlərinin siyahısını təqdim edir.
1. Çin Kommersiya və Sənaye Bankı (ICBC) – 278,3 milyard dollar
2. Çin Konstruksiya Bankı – 212,9 milyard dollar
3. Çin Kənd Təsərrüfatı Bankı – 189,9 milyard dollar
4. Çin Bankı – 19911,1 milyard dollar
5. Berkshire Hathaway – 354,8 milyard dollar
6. JPMorgan Chase – 225,5 milyard dollar
7. Exxon Mobile – 357,1 milyard dollar
8. PetroChina – 334,6 milyard dollar
9. General Electric – 253,5 milyard dollar
10. Wells Fargo – 278,3 milyard dollar
11. Toyota Motors – 239 milyard dollar
12. Apple – 741,8 milyard dollar
13. Royal Dutch Shell – 195,4 milyard dollar
14. Volskwagen Group – 126 milyard dollar
15. HSBC Holdings – 167,7 milyard dollar
16. Chevron – 201 milyard dollar
17. Wal-Mart Stores – 261,3 milyard dollar
18. Samsung Electronics – 199,4 milyard dollar
19. Citigroup – 156,7 milyard dollar
20. China Mobile – 271,5 milyard dollar
21. Allianz – 82 milyard dollar
22. Verizon Communications – 202,5 milyard dollar
23. Bank of America – 163,2 milyard dollar
24. Sinopec – 121 milyard dollar
25. Microsoft – 340,8 milyard dollar
26. Daimler – 103,3 milyard dollar
27. AT&T – 173 milyard dollar
27. Gazprom – 62,5 milyard dollar
29. AXA Group – 64,2 milyard dollar
30. Nestle – 247,3 milyard dollar
35. Total – 120,2 milyard dollar
39. Google – 367,6 milyard dollar
40. Vodafone – 88 milyard dollar
41. BP – 120,8 milyard dollar
45. BMW Group – 81,4 milyard dollar
54. Siemens – 97,7 milyard dollar
59. Rosneft – 51,1 milyard dollar
63. Honda Motor – 61,4 milyard dollar
64. General Motors – 59 milyard dollar
67. Intel – 147,2 milyard dollar
69. Ford Motors – 63,6 milyard dollar
72. Boeing – 105,6 milyard dollar
84. Walt Disney – 179,5 milyard dollar
93. Coca-Cola – 179,9 milyard dollar
95. Morgan Stanley – 70,8 milyard dollar
96. Nissan Motors – 57,9 milyard dollar
99. PepsiCo – 143 milyard dollar
103. Statoil – 58 milyard dollar
105. American Express – 80,9 milyard dollar
109. LukOil – 43,5 milyard dollar
114. Deutshe Bank – 49,7 milyard dollar
124. Sberbank – 26,9 milyard dollar