Bir tərəfə bilet: Ruslar Gürcüstana uçur - VİDEO

8-03-2022, 17:56           
Bir tərəfə bilet: Ruslar Gürcüstana uçur - VİDEO
Fevralın sonundan etibarən xeyli rusiyalı Ukraynadakı hərbi əməliyyatların iqtisadi və siyasi nəticələrindən ehtiyat edərək ölkəni tərk etməyə çalışır.

Milli.Az Euronews-a istinadən xəbər verir ki, çoxları Rusiya hökumətinin Ukraynadakı hadisələrə baxışına zidd olan məlumatların yayılmasına görə 15 ilə qədər həbs nəzərdə tutan yeni qanundan qorxur.

Rusiya Turoperatorları Assosiasiyasının məlumatına görə, son bir həftə ərzində ruslar üçün açıq olan istiqamətlərə biletlərin qiymətləri 20-30 % artıb.

Ən populyarlarından bəziləri yaxın xaricdəki ölkələr - Ermənistan, Azərbaycan və Gürcüstandır.

Bu istiqamətlər üçün birtərəfli biletin qiymətləri üç rəqəmə çatır, lakin bu, insanları dayandırmır.

Gürcüstan İqtisadiyyat Nazirliyinin məlumatına görə, son günlər Rusiyadan ölkəyə 20-25 min nəfər gəlib.

Onların neçəsinin tətilə və ya işgüzar səfərə getdiyi və yaxın gələcəkdə qayıtmağı planlaşdırdığı məlum deyil.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.