Qeyd edək ki, Britaniyanın Devon şəhərindən olan alim ölümcül xəstəliyi barədə öyrəndikdən sonra təslim olmamış və robototexnikadan istifadə edərək ömrünü uzatmaq qərarına gəlmişdi. O, “Doctor Who” (“Həkim Kim”) və “Star Trek” (“Ulduz yolu”) adlı fantastik seriallardan ilhamlanaraq bilik və texnologiyanın ona sağalmasına kömək edəcəyinə inandı. Bu məqsədlə bir sıra mürəkkəb və riskli əməliyyatlardan da keçdi.
Özünü “dünyanın ilk kiborqu” adlandıran həkim üz əzələlərini idarə etmək qabiliyyətini itirdikdən sonra süni intellektdən yaralandı: Gözlərinin köməyi ilə bir neçə kompyuteri idarə edirdi, xarici görünüşcə həkimə bənzəyən virtual robot isə onun sözlərini çatdırırdı.
Həkim öz müalicə yolunu “Piter 1.0”-ın sonu və “Piter 2.0”-ın başlanğıcı adlandırırdı.