"Muncuqçu" Namiq Əsədov Nizami Piriyevin qaynıdır - Şok maxinasiyalar

13-05-2015, 19:56           
"Muncuqçu" Namiq Əsədov Nizami Piriyevin qaynıdır - Şok maxinasiyalar
Son günlər mətbuatın yazdıqlarına görə, məhkəmə biznesmen Nizami Piriyev barədə 4 aylıq həbs-qətimkan tədbiri seçib.

Məlumata görə, N.Piriyev fırıldaqçılıqda və ictimai əmlakı mənimsəməkdə ittiham olunur.

Qeyd edək ki, Nizami Piriyev “PNN Group” şirkətinin təsisçisi və sahiblərindən biridir. Şirkətin digər sahibi onun oğlu Nəsib Piriyevdir.

“PNN Group” şirkətinin əsas aktivləri neft kimyası sənayesində və metanol istehsalı sahəsində fəaliyyət göstərən “AzMeCo” şirkətindədir.

Sözün düzü, tanınmış biznesmenin qəfil həbs olunması müəyyən suallar doğursa da bunun ciddi əsasları var. Əslində Piriyevin həbsinə gələn uzun yolun əvvəli “muncuq əməliyyatı”ndan başlayıb.

Məsələyə aydınlıq gətirmək üçün biraz uzaqdan başlamalıyıq.

…Təxminən 10 il əvvəl böyük səs-küyə səbəb olan “muncuq əməliyyat” ından demək olar ki, bütün media nümayəndələri yazıb, hətta bu “əməliyyatı” ciddi araşdıran jurnalistlər də olub.

Ancaq mötəbər mənbənin dediyinə görə, o boyda “əməliyyatı” həyata keçirən şəxslər cinayyət məsuliyyətindən kənarda qalıblar.

Mənbənin verdiyi məlumata görə “muncuq əməliyyat”ının əsas fiqurlarından biri olan Nizami Piriyevin qaynı Namiq Əsədov o vaxt aparılan istintaqdan boyun qaçıraraq ölkədən qaçıb və Almaniyada gizlənib. Yeznəsi Nizami Piriyev istintaq başa çatıb məhkəməyə göndəriləndən sonra razılıq əldə edərək öz qaynı Namiq Əsədovu oyundan çıxartmışdr. Hətta gəzən söhbətlərə görə həmin “muncuq əməliyyat” nın beyin mərkəzi elə Nizami Piriyev özü olub və o vaxtlar özünü risq altında qoymamaq üçün qaynı Namiq Əsədovu qabağa verib. Namiq Əsədov isə istintaqdan qaçıb Almaniyada gizlənib axtarışda olanda, hər dəfə yeznəsi Nizami Piriyevə mesajlar göndərirmiş ki, əgər hüquq-mühafizə orqanları gəlib məni Almaniyada tutsalar “muncuq əməliyyat” nın beyin mərkzinin sən olduğunu açıb deyəcəm.

Bir sözlə, Nizami Piriyev məcburiyyət qarşısında qalaraq qaynı Namiq Əsədovu “muncuq cinayəti”ndən xilas edə bilib.

Təxminən 3 il axtarışdan olandan sonra isə Namiq Əsədov Bakıya qayıdaraq Nizami Piriyevin yanında öz fəaliyyətini davam etdirib.

Xatırlatma: Biz Qafqaz Xəbər Agentliyi olaraq ötən il Namiq Əsədovun sahibi olduğu “Butastone” şirkətində ciddi qanun pozuntularından silsilə yazılar dərc etmişdik. Bir müddət əvvəl “Butastone”şirkətinə 50 faiz şərik olan Nadir İbrahimovun Akkord şirkətindən alacaqları pula məhkəmə vasitəsilə həbs qoydurması barədə də məlumat vermişdik. Məlumatda qeyd olunurdu ki, Akkord şirkətində “Butastone” şirkəti gördüyü tikinti işlərlə bağlı 200 min manata yaxın alacağı var və həmin alacağa məhkəmədə iddia qaldıran Nadir İbrahimov tərəfindən həbs qoyulub.
Qafqaz Xəbər Agentliyi












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.