ÜST: “Məşhur şirinləşdirici xərçəngə səbəb ola bilər”

30-06-2023, 14:54           
ÜST: “Məşhur şirinləşdirici xərçəngə səbəb ola bilər”
Ümumdünya Səhiyyə Təşkilatı məşhur şirinləşdirici aspartamın xərçəngə səbəb ola biləcəyini elan etməyə hazırlaşır.

Aspartamda potensial kanserogen təsirin olması ilə bağlı nəticə bu mövzuda 1,3 min elmi araşdırmanı təqdid edən müstəqil ekspertlər qrupunun görüşündən sonra qəbul edilib.

Beynəlxalq Şirinləşdiricilər Assosiasiyasının verdiyi məlumata görə, Xərçəng Araşdırmaları üzrə Beynəlxalq Agentliyin aspartamla bağlı araşdırmalarına baxışı elmi cəhətdən əhatəli deyil və əsasən nəticələrinin qüsurlu olduğu təsbit edilən tədqiqatlara əsaslanır. Onlar hesab edirlər ki, ÜST-nin elan etməyə hazırlaşdığı nəticələr yüksək şəkər tərkibli içkilərə münasibətdə “istehlakçıları çaşdıra bilər”.
Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru