Kişineuda terror aktını "Vaqner" döyüşçüsü törədib -

1-07-2023, 08:35           
Kişineuda terror aktını "Vaqner" döyüşçüsü törədib -
Kişineuda hava limanında atəş açan şəxs Türkiyədən gələn Tacikistan vətəndaşı olub və Moldova polisinin xüsusi təyinatlıları tərəfindən saxlanılıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Moldovanın Baş naziri Dorin Reçan bildirib.

O, qeyd edib ki, baş verən terror aktında iki nəfər ölüb, bir nəfər yaralanıb.

***

Moldovanın paytaxtı Kişineuda hava limanında iki nəfəri güllələyən şəxs "Vaqner" Özəl Hərbi Şirkətinin döyüşçüsü olub. "Report" xəbər verir ki, bu badə Moldovanın "Pulsmedia" nəşri məlumat yayıb.

Nəşr bildirir ki, “Vaqner"çi hava limanında bir neçə dəfə atəş açıb və girovlarla barrikada qurub. İlkin məlumata görə, atışma zamanı iki nəfər ölüb. Hava limanında uçuşlar müvəqqəti olaraq dayandırılıb.

Xatırladaq ki, iyunun 30-da axşam saatlarında Kişinyov hava limanında atışma olub, iki nəfər həlak olub. Ölənlərdən biri sərhəd polisinin əməkdaşıdır.

Moldova prokurorluğu bir neçə nəfərin ölümünə səbəb olan terror aktı maddəsi ilə cinayət işi başladıb.

Moldova Daxili İşlər Nazirliyinin məlumatına görə, atəş ölkəyə girişi qadağan edilən xarici vətəndaş tərəfindən açılıb. O yaralı halda saxlanılıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.