l və lV qrupların imtahan nəticələri nə zaman açıqlanacaq? - DİM

4-08-2023, 00:10           
l və lV qrupların imtahan nəticələri nə zaman açıqlanacaq? - DİM
Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən II və III ixtisas qrupları üzrə 8-9 iyul tarixlərində keçirilmiş qəbul imtahanlarının 2-ci cəhdinin nəticələri açıqlanıb.


Sosial şəbəkələrdə ən çox ünvanlanan suallardan biri lV və l qrup qəbul imtahanın 2-ci cəhdində iştirak edən abituriyentlərin nəticələri ilə bağlıdır.

Bəs onların imtahan nəticələri nə zaman açıqlanacaq?

Teref.az.az xəbər verir ki, DİM-dən azedu.az-a bildirilib ki, hazırda imtahan materiallarının emalı prosesi gedir:

"Proses başa çatan kimi, nəticələr elan olunacaq. Hələlik dəqiq tarix demək mümkün deyil".

Qeyd edək ki, lV və l qrupların ali təhsil müəssisələrinə qəbul imtahanının 2-ci cəhddi 22-23 iyul tarixlərində keçirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru