Moskva vilayətindəki güclü partlayışın detalları məlum oldu

4-08-2023, 00:12           
Moskva vilayətindəki güclü partlayışın detalları məlum oldu
Moskva vilayətinin Voskresenski rayonundakı oksigen-akkumulyator anbarında baş vermiş partlayışın bəzi detalları məlum olub.

Yerli bələdiyyənin rəhbəri Aleksey Malkinin sözlərinə görə, anbarda partlayışdan sonra əmələ gələn yanğın lokallaşdırılıb.

Yanğının söndürülməsi üçün əraziyə yanğınsöndürən qatar göndərilib.

O, 122 ton su və 4,5 ton köpük konsentratının olduğu çənlərə malikdir.

Məlumata görə, yanğınıın sahəsi 400 kvadrat metrdir.

Artıq yeddi nəfər ərazidən təxliyə edilib. Ölən və yaralananların sayı hələlik məlum deyil.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.