İranda 11 nəfər bu səbəbdən edam edildi

4-08-2023, 11:54           
İranda 11 nəfər bu səbəbdən edam edildi
Son bir neçə gündə İranda narkotiklə əlaqəli cinayətlərdə mühakimə olunan 11 nəfər edam edilib.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatı (IHR) məlumat yayıb.

Bildirilib ki, Zahidan Mərkəzi Həbsxanasında 9 İran və 2 Əfqanıstan vətəndaşı asılıb.

Edam edilən məhbusların hamısı narkotiklə əlaqəli cinayətlərə görə məhkum ediliblər.

Qeyd edək ki, IHR-ın məlumatına görə, 2023-cü ilin əvvəlindən İranda edam edilənlərin sayı 423 nəfərdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru