“Avtomobili yeni almışdılar”: Üç nəfərin öldüyü qəzanın TƏFƏRRÜATI - VİDEO

7-12-2023, 11:32           
“Avtomobili yeni almışdılar”:
Ötən gün Şamaxıda avtomobilin aşması nəticəsində həlak olan üç nəfərin yaxınları danışıb.

Onların sözlərinə görə, BMW markalı avtomobili yeni alıb, rayona avtomobili qeydiyyata salmaq üçün gəlibmişlər.

"Onlar burada yeni aldıqları avtomobili qeydiyyata salıb Bakıya qayıdırdılar. Onlar orada yaşayırdılar".

Qeyd edək ki, hadisə dekabrın beşində saat 17 radələrində Şamaxı rayonunun Göylər kəndi ərazisində baş verib.
BMW markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində avtomobildə olan sürücü və sərnişinlər, Ağsu rayon sakinləri - 1965-ci il təvəllüdlü Xaləddin Fərhad oğlu Mətiyev, 1970-ci il təvəllüdlü Sadiq Fərhad oğlu Mətiyev və 1994-cü il təvəllüdlü Tural Xaləddin oğlu Fərhadzadə aldıqları müxtəlif dərəcəli bədən xəsarətlərindən vəfat ediblər.

Ətraflı Baku TV-nin süjetində:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.