Casusluqda ittiham edildiyi deyilən fransalı Azərbaycanda kimin işçisi olub?
8-01-2024, 19:20

Xəbər verdiyimiz kimi, fransız jurnalist Leo Nikolyan Azərbaycanda apardığı casusluq fəaliyyətinə görə həbs olunan şəxsin kimliyini açıqlayıb.
Teref xəbər verir ki, casusluqda ittiham olunduğu bildirilən Fransa vətəndaşı Martin Rayan 9 oktyabr 2020-ci il tarixində dövlət qeydiyyatına alınan “Merkorama” MMC-nin qanuni təmsilçisi olub.
Nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanı Nizami rayonu, Mehdi Abbasov, ev 13, M8, m. 5-də yerləşir.

Martin Rayan
“Merkorama” MMC Azərbaycanda qida məhsullarının topdan satışı ilə məşğul olub. 31 may 2021-ci il tarixində Qida Təhlükəsilziyi Agentliyində (AQTA) qida məhsullarının topdan satışı ilə əlaqədar 10-Q-04031 nömrəsi ilə qeydiyyata alınıb. AQTA ötən ilin may ayında “Merkorama” MMC-nin qida təhlükəsizliyi qeydiyyatını ləğv edib.
Martin Rayan “Merkorama” MMC-nin direktoru olmazdan əvvəl də Azərbaycanda fəaliyyət göstərib. 2019-cu ildə keçirilən “Bakutel 2019” sərgisində iş adamı kimi iştirak edib.
Onu da bildirək ki, “Merkorama” MMC-nin təsisçilərindən birinin Zaur Mustafayev adlı Azərbaycan vətəndaşı olduğu bildirilir. Zaur Mustafayevin 2022-ci ildə Fransanın Azərbaycandakı səfirliyində işlədiyi qeyd olunub. Zaur Mustafayev 2006-2013-cü illərdə Fransanın Monpelye Universitetində təhsil alıb.

Zaur Mustafayev
Qeyd edək ki, 1289-cu ildə yaradılan Monpelye Universiteti Fransanın ən qədim universitetlərindən biridir.
yeniavaz.com