Tanınmış vəkil Ramil Vəliyev həmkarı Adəm Məmmədov haqqında heç kəsin bilmədiyi sirrləri açıqladı

21-08-2024, 09:04           
Tanınmış vəkil Ramil Vəliyev həmkarı Adəm Məmmədov haqqında heç kəsin bilmədiyi sirrləri açıqladı
"Azərbaycan Reallığı" xəbər verir ki, tanınmış vəkil Adəm Məmmədovun məhkəməyə verilmə səbəbi məlum olub.

Bu barədə Patrul.az-a Adəm Məmmədovun hüquqlarını məhkəmədə müdafiə edən 30 saylı vəkil bürosunun müdüri tanınmış vəkil Ramil Vəliyev açıqlama verib.

Vəkil bildirir ki, Ceyhun Yusifov tərəfindən həyat yoldaşına iki kəsilmiş deşilmiş xəsarət yetirilməsi barədə qafqazaz.com xəbər saytında 04 iyul 2024-cü il tarixdə xəbər paylaşılmış, daha sonra isə Qanunla.az və digər saytlarda və sosial şəbəkələrdə paylaşımlar olmuşdur.

Həmçinin cinayət işinin başlanması, xəsarətlər və xanımın hadisə ilə bağlı ilkin məlumatları olan tibb sənədlər də paylaşımlarda yer almışdır. Cinayət işi başlanması və tibbi sənəddə xanım xəsərətlərin Ceyhun Yusifov tərəfindən yetirilməsi qeyd edilmişdir.

Vəkil Ceyhun Yusifov təkzib edərək, məlumatların yalan olmasını, sosial şəbəkələrdə edilmiş paylaşımların vəkil Adəm Məmmədov və qardaşı Xəyyam Məmmədov tərəfindən edildiyini iddia edir və onların barəsində xüsusi ittiham qaydasına şikayətlə məhkəməyə müraciət etmişdir.

Adəm Məmmədovun vəkili qismində işə qoşulmuş vəkil Ramil Vəliyev məsələ ilə bağlı müraciətimizə cavab olaraq bildirmişdir ki, hazırda məhkəmə istintaqı getdiyindən işin halları ilə məlumat verilməsi mümkün deyil, lakin ümumi olaraq xüsusi ittiham qaydasına şikayət verilməsinə əsasın yaranması üçün böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən məlumatların internet informasiya ehtiyatında yayma olmalıdır.

Media nümayəndəsinin rəsmi sənədlərə istinad etdiyi halda isə bilə-bilə yalan məlumat paylaşılmadığını göstərir və cinayət məsuliyyəti yaranmasını istisna edir.

Qeyd edək ki, Adəm Məmmədov I Qarabağ müharibəsində şəhid olan hakim Məhərrəm Məmmədovun övladıdır. Məhərrəm Məmmədovun 24 avqust 1993-cü il tarixdə erməni silahlı birləşmələrinin üzvləri tərəfindən qətlə yetirilməsi faktı ilə bağlı başlanmış cinayət işi nəticəsində erməni separatçılarına və “prezidentlərinə” ittiham elan edilmişdir. Adəm Məmmədov həmin cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.