İqlimin tənzimlənməsinin başlıca mexanizmlərindən biri sıradan çıxıb - TƏHLÜKƏ
Dünən, 16:14
Norveçin Arktik Universitetindən alimlər qrupu narahatedici tendensiya aşkarlayıblar. Qlobal istiləşmə nəticəsində Arktika fyordları havadan karbonun udulmasında səmərəliliyini itirə bilər.
Tədqiqat "Communications Earth & Environment" (CEE) elmi jurnalında dərc edilib.
Arktika fyordları ənənəvi olaraq fitoplanktonun - mikroskopik su yosunlarının fəaliyyəti sayəsində güclü karbon uducuları hesab olunur. Onlar təkcə qida zəncirinin əsasını təşkil etməklə yanaşı, həm də karbon qazını özündə saxlayır. Lakin buzların əriməsi, günəş işığına çıxışı artırsa da, uzunmüddətli perspektivdə mənfi nəticələrə gətirib çıxarır.
"İsti sular daha çoxqatlı olur, bu da fitoplanktonun qida maddələrinə çıxışını məhdudlaşdırır. Biokütlənin artmasına baxmayaraq, bu, karbon udulmasının səmərəliliyinin azalmasına səbəb ola bilər", - alimlər izah ediblər.
Digər problem isə mineral baxımından zəngin ərimiş su ilə fyordları təmin edən buzlaqların azalmasıdır. Onların yox olması ilə qida maddələrinin balansı pozulur ki, bu da planktonlardan balıqlara və dəniz məməlilərinə qədər bütün ekosistemi təhlükə altına qoyur.