Ən ucuz pivə İrandan, ən baha İrlandiyadan idxal olunub - Qiymətlər

Bu gün, 15:14           
Ən ucuz pivə İrandan, ən baha İrlandiyadan idxal olunub - Qiymətlər
2025-ci ilin yanvar-may aylarında Azərbaycana ümumilikdə 52,91 min dekalitr (yəni 529,1 min litr) alkoqolsuz pivə idxal olunub.

Valyuta.az xəbər verir ki, bu dövrdə sözügedən idxal üçün 552,99 min ABŞ dolları həcmində xərc çəkilib.

Rəsmi statistikaya əsasən, alkoqolsuz pivə idxalı Belarus, Rusiya, İran, Türkiyə, Almaniya, Bolqarıstan və İrlandiya olmaqla 7 ölkədən həyata keçirilib.

Belə ki, bəzi ölkələrdən idxal edilən miqdar az olsa da, 1 dekalitr üçün ödənilən qiymət xeyli yüksək olub.

Belarusdan 0,31 min dekalitr həcmində alkoqolsuz pivə gətirilib və bunun üçün 3,07 min ABŞ dolları ödənilib. Bu isə hər 1 dekalitr üçün 9,90 dollar və ya 17 manat deməkdir.

Rusiyadan idxal olunan 13,9 min dekalitr həcmində məhsul üçün ümumilikdə 105,16 min dollar ödənilib. Bu ölkədən gətirilən məhsulun 1 dekalitri 7,5 dollar və ya 13 manat təşkil edib.

İrandan idxal edilən 21,15 min dekalitr pivə üçün 142,67 min dollar xərclənib. 1 dekalitr üçün qiymət 6,74 dollar və ya 11,46 manat olub.

Türkiyədən idxal olunan 11,46 min dekalitr məhsula görə 185,4 min ABŞ dolları xərclənib. Bu isə hər 1 dekalitr üçün təxminən 16,18 dollar və ya 27,5 manat deməkdir.

Almaniyadan gətirilən 1,2 min dekalitr pivəyə görə 22,78 min dollar ödənilib. Beləliklə, 1 dekalitr Almaniya məhsulu 19 dollar və ya 32,27 manata başa gəlib.

Bolqarıstandan idxal olunan 4,81 min dekalitr məhsul üçün 91,14 min dollar xərc çəkilib. Bu isə hər 1 dekalitr üçün 18,94 dollar və ya 32,21 manat deməkdir.

Ən bahalı məhsul isə İrlandiyadan gətirilib. Cəmi 0,08 min dekalitr (yəni 800 litr) məhsul üçün 2,78 min dollar ödənilib. Bu ölkədən idxal edilən alkoqolsuz pivənin 1 dekalitri 34,75 dollar və ya 59 manat təşkil edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru