İsveçdə ölkənin ən böyük taxta tikililərindən biri olan qədim kilsə sürüşdürüləcək
Bu gün, 12:58
İsveçin Kiruna şəhərində yerləşən, ölkənin ən böyük taxta tikililərindən biri olan qədim kilsə sürüşdürüləcək.
Oxu.Az "Euronews"a istinadən xəbər verir ki, 672 ton ağırlığında olan dini tikili qoşqu vasitəsilə bir neçə kilometr kənara daşınacaq.
Qeyd olunur ki, İsveçin ən şimal şəhəri olan Kiruna mədənlərlə zəngindir. Ərazidə uzun illər mədən işlərinin aparılması taxta kilsənin mövcudluğunu təhlükə altına qoyub. Bu səbəbdən kilsənin sürüşdürülməsinə qərar verilib. Kilsənin yerdəyişməsinin 900 milyon avroya başa gələcəyi bildirilir. Köçürmə tam olaraq mədənə sahib olan şirkət tərəfindən ödəniləcək.