Fuad Nağıyevin “romantikası”: qışda çimərlik məcarası – REPLİKA

Bu gün, 17:28           
 Fuad Nağıyevin “romantikası”: qışda çimərlik məcarası – REPLİKA
Dünən məlum olub ki, Dövlət Turizm Agentliyi (DTA) Şüvəlan qəsəbəsində 3 yeni ictimia çimərliyin açılışını edib.

Tribunainfo.az xəbər verir ki, bununla bağlı qurum media tur da təşkil edərək, təqdimatını gerçəkləşdirib.

Məsələ ondan ibarətdir ki, bu açılış çimərlik mövsümünün sonuncu günündə, yəni 31 avqustda reallaşdırılıb. Yəni, bu açılış mərasimini gələn mövsümə də saxlamaq mümkün olduğu halda, Agentlik özünü gülüş obyektinə çevirib.

Görünən odur ki, DTA-nın rəhbəri Fuad Nağıyev Bakını bəzi ahilyanı Afrika ölkələri ilə səhv salıb. Ya da elə zənn edib ki, Xəzər dənizi Hind okeanının bir parçasıdır. Güman etmək olar ki, Fuad müəllim oralara çox gedib, gəldiyindən həmişə yay fəslinin olması ağılında qalıb. Yoxsa, hansı məmurun ağlına gələr ki, çimərlik mövsümü başa çatan günü yeni çimərliyin təqdimatını keçirsin?

Yadımızdan çıxmamış, cənab sədrin diqqətinə əraz edək: Fuad müəllim, bir az tələsmizis e. Bir az da gözləyib, qışın oğlan çağında açılış edərdiniz… Təsəvvür edin, qar yağır, dəniz dalğalanır, soyuq külək adamı kəsir, insanlarımız sizin yeni açılışını etdiyiniz çimərliyə axşır, romantika və… Hamısı sətəlcəm, zökəm, ağ ciyərə su yığılması diaqnozu ilə xəstəxanalara yerləşdirilir.

P.S. Bəzən ekspertlər şikayət edir ki, Azərbaycana gələn turistlərin sayı azdır. Bunu təşkilatçılıq işinin düzgün təşkil olunmaması ilə əlaqələndirirlər. Rəhmətliyin nəvələri, mövsüm bitəndə çimərlik açan adamlardan hansı təşkilatçılığı gözləyirsiz? Bu zehniyyət ilə idarəçilik edənlərin sayəsində ölkəmizə turist gəlirsə, gedin, Allahınıza şükür edin.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru