“STARMED” TƏLƏBƏ QIZI NECƏ ÖLDÜRDÜ? YENİ TƏFƏRRUATLAR

13-04-2015, 17:55           
“STARMED” TƏLƏBƏ QIZI NECƏ ÖLDÜRDÜ? YENİ TƏFƏRRUATLAR
“StarMed” klinikasında ölən tələbə qızın atası yeni açıqlamalar verib.

Axar.az yada salır ki, Maliyyə-İqtisad Kollecində təhsil alan Leyla Mürsəlova martın 17-də burnundan plastik əməliyyat olunan zaman dünyasını dəyişib. Leylanın narkozun düzgün verilməməsi səbəbindən öldüyü ehtimal edilir, mərhumun həkimi cərrah Sənan Mehdiyev olub, faktla bağlı araşdırma aparılır.

Atası Namiq Mürsəlov isə virtualaz.org saytına açıqlamasında cərrahı və klinikanı ittiham edib. Onun sözlərinə görə, həkim sadə əməliyyat olacağını söyləyib: “Sənan Mehdiyev üzünü mənə tutub dedi ki, sən bizim qiymətləri bilirsənmi? Sonra da əlavə etdi ki, bizdəki plastik əməliyyat sizə 1800 manata başa gələcək – 1500 manat əməliyyat üçün, 300 manat da analizlərə və təyin olunan dərmanların alınmasına. Bu dərmanlar isə əməliyyatdan qabaq alınmalı idi”.

Mürsəlovlar ailəsinin ehtiyat etdiyi bir məsələ də olub. Onlar cərrahdan həkimlərin nə tibbi kitabçada, nə də jurnalda qeyd etmədiyi məqamlara diqqət yetirməyi xahiş ediblər. Məsələn, pasiyentin orqanizminin allergik xüsusiyyətlərinin analizi aparılmayıbmış.

Əməliyyatda iştirak edəcək tibb bacısı Leyla Mürsəlovanı əməliyyat otağına aparır. Həmin otaqda iki nəfər olur – cərrah Sənan Mehdiyev və anestezioloq Emin Quluzadə. Cərrah Mehdiyev Mürsəlovlardan görəcəyi işin zəhmət haqqını almaq üçün əməliyyat otağından çıxır və 1500 manatı alır. Əvəzində hər hansı sənəd, qəbz vermir. Mürsəlovlara yalnız onu bildirir ki, Leylaya narkoz verilib.

Bunu deyib yenidən əməliyyat otağına qayıdır. Anestezioloq Emin Quluzadə narkoz altında uzanan Leyla Mürsəlovanın fonunda çəkdirdiyi fotoşəkilini öz Feysbuk səhifəsində paylaşır.

Mehdiyev əməliyyat otağından çıxıb kabinetinə keçir və onu gözləyən xəstələrini qəbul etməyə başlayır.

Namiq və Rəsmiyyə Mürsəlovların, həmçinin digər tibb işçilərinin sözlərinə görə, elə bu vaxt klinikada qəribə şeylər baş verməyə başlayır. Mehdiyev qəbulu dayandırır və tələsik şəkildə əməliyyat otağına gedir.Həmin an isə anestezioloq Emin Quluzadə əməliyyat otağından çıxır. Leylanın anası Rəsmiyyə Mürsəlova ondan qızının narkozdan ayılıb-ayılmadığını soruşur. Quluzadə əlüstü “hələ yox” deyə cavab verərək küçəyə qaçır.Yanında da bir nəfər tez də qayıdır. İkisi də əməliyyat otağına girirlər. Həmin şəxs həkim-reanimatoloq və “StarMed” klinikası həkimlərinin dostu imiş. Cərrahla anestezioloq ondan təcili “StarMed”ə gəlməyi və yaranmış vəziyyətdə onlara kömək etməyi, məsləhət verməyi xahiş edibmişlər.

Leyla Mürsəlova isə özünə gəlmir: qan təzyiqi kritik həddə düşür, bədəninin temperaturu 42 dərəcəni aşır.

Əlindən gələn yardımı göstərən reanimatoloq klinikanı tərk edir. Cərrah Mehdiyev Mürsəlovlar ailəsinə Leylanın “bir balaca probleminin yarandığını” xəbər verir. Sonra da valideynləri cidd-cəhdlə inandırır ki, qızın həyatına heç bir təhlükə yoxdur.Həkimlər Mehdiyev və Quluzadə nə həmin vaxt, nə də sonra – ta saat 15:00-a qədər heç bir iş görməyiblər, artıq ölməkdə olan xəstəni xilas etmək üçün mərkəzi tibb müəssisələrindən daha təcrübəli mütəxəssilər dəvət etməyə heç cəhd də göstərməyiblər. Əgər yardım və ya konsultasiya üçün başqa həkimlər çağırılsaydı, vəziyyəti dəyişmək mümkün ola bilərdi…

Leyla Mürsəlova isə özünə gəlmir: qan təzyiqi kritik həddə düşür, bədəninin temperaturu 42 dərəcəni aşır.

Əlindən gələn yardımı göstərən reanimatoloq klinikanı tərk edir. Cərrah Mehdiyev Mürsəlovlar ailəsinə Leylanın “bir balaca probleminin yarandığını” xəbər verir. Sonra da valideynləri cidd-cəhdlə inandırır ki, qızın həyatına heç bir təhlükə yoxdur.

Həkimlər Mehdiyev və Quluzadə nə həmin vaxt, nə də sonra – ta saat 15:00-a qədər heç bir iş görməyiblər, artıq ölməkdə olan xəstəni xilas etmək üçün mərkəzi tibb müəssisələrindən daha təcrübəli mütəxəssilər dəvət etməyə heç cəhd də göstərməyiblər. Əgər yardım və ya konsultasiya üçün başqa həkimlər çağırılsaydı, vəziyyəti dəyişmək mümkün ola bilərdi…












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.