Ordumuzda da olan S 300 raketləri nə deməkdir?
17-04-2015, 10:19
Rusiya prezidenti bu günlərdə İrana S-300 zenit-raket komlekslərinin satışına qadağanı götürüb.
ANS PRESS-in məlumatına görə, bu İranın yüksək uçuşlu aparatların və qanadlı raketlərin vurulmasında dünyada ən müasir sistemə malik olmasına imkan verir.
ABŞ Hərbi hava qüvvələrinin (HHQ) istefada olan generalı, HHQ aviasiya kəşfiyyatı qərərgahının keçmiş rəis müavini Devid Dentula bildirir ki, sistem nəinki çox güclü raketlərə, eləcə də yüksək effektli radarlara sahibdir.
“O 100 hədəfi birdən izləyə bilər. O yerini dəyişə və hədəfləri 130 kilometr məsafədə 900 metr yüksəklikdə məhv edə bilər. O hədəfləri yerdən 6-9 metr səviyyəsində və səs sürətini 6 dəfə üstəyələrək gedə bilər” - deyə general bildirir.
Corc Vaşinqton universitetinin analitiki İvan Olriçin sözlərinə görə sistemin daha bir üstünlüyü var: “S-300 kimi sistemlərin daha bir özəlliyi onların yüksək mobilliyə malik olmasıdır. Onlar (sistem) bir nöqtədə müəyyən müddət işlədikdən sonra, məsələn, sadəcə 20-30 dəqiqə, daha sonra hər şeyi söküb, yük maşınlarına yığıb yeni yerə yerləşdirərək 5-6 dəqiqə ərzində yenidən qurub işə başlamaq olar”.
Silahlanmaya nəzarət Assossiasuyasından Qreq Tilman qeyd edir ki, iranlıların “yer-hava” silsiləsindən olan raketlərlə bağlı böyük səriştələri var.
“Nəzərə alsaq ki, dəyişməyən qanad geometriyası ilə olan hava aparatları onlarda elə də çox deyil- onlar artıq çoxdandır ki, parkı təzələmirlər və indiyədək hələ şah dövründə əldə olunan bəzi təyyarələrdən istifadə edirlər, - “yer-hava” raketlərindən aktiv istifadə edirlər”- deyə ekspert danışır.
General Dentulanın sözlərinə görə, İran S-300 sistemlərini öz atom elektrik stansiyaları ətrafında yerləşdirə bilər ki, bu “aviazərbədən istifadə edərək istənilən hərbi əməliyyatların planlaşdırılmasında hesabları hiss olunacaq dərəcədə çətinləşdirə bilər”.
İsrail artıq bir neçə dəfə Tehranın atom bombası əldə etməsinə mane olmaq niyyəti ilə İranın nüvə obyektlərinə hərbi zərbə endirəcəyi barədə təhdid edib. Eləcə də ABŞ bildirir ki, “bütün variantlar baxılır”,- bu söz isə məna etibarı ilə hərbi zərbəni istisna etmir.
Xatırladaq ki, 2007-ci ildə Rusiya İranla S-300 sistemlərinin təchiz olunması barədə razılığa gəlsə də, 2010-cu ildə BMT TŞ-nin İrana qarşı ağır sanksiyalar qəbul etdiyindən sonra Qərb ölkələrinin təsiri altında əldə olunan razılıq təxirə salınıb.
Hazırda isə Moskva razılığı həyata keçirmək qərarına gəlib. Rusiya hakimiyyət qüvvələrinin sözlərinə görə bu qərar Tehranın nüvə proqramı ilə bağlı İran və altı vasitəçi ölkələr arasında danışıqlarda əldə olunan proqreslə bağlıdır. ABŞ hakimiyyət qüvvələri isə bu qərarı “qeyri konstruktiv” və “uğursuz” adlandırıb.
Qreq Tilman qeyd edir ki, İrana S-300-lərin satışı qüvvədə olan beynəlxalq sanksiyaları pozmur.
“2010-cu ildə BMT TŞ daha sərt sanksiyalar barədə qətnamə qəbul edərkən, orada belə bir hissə var idi ki, məna etibarı ilə “ağır silahlandırma”nın satışına qadağa verirdi. Bu öz növbəsində iriçaplı artileriya sistemləri, hərbi uçan aparatlar, hücum vertolyotları, hərbi gəmilər və nəzi raket növlərini özündə birləşdirirdi. Lakin burada raketlərlə əlaqədar “yer-hava” raketləri qeyd olunmamışdı”- deyə ekspert aydınlıq gətirir.
Tilman deyir ki, İrana S-300 satmaqla Rusiya beynəlxalq öhdəliklərə qarşı gedə biləcək heç nə etmir.
Qeyd edək ki, S-300 raket sistemləri regionda bundan əvvəl yalnız istehsalçı Rusiya və Azərbaycanda olub. Azərbaycan HHQ sistemlərin sayı barədə dəqiq məlumat verməsə də ordumuzda rəsmən 3 diviziya S-300 raketləri sisteminin olduğu aşkardır.