Tanınmış rus aparıcı efirdə baş verən möcüzədən danışdı - Fakt

1-04-2018, 15:37           

Bu heyrətamiz hadisə 2002-ci il, iyulun birində baş verdi. O vaxt da ölkəmiz bu cür matəm içindəydi...

Teleqraf.com xəbər verir ki, bu sözləri Rusyanın “Birinci kanal”ının “Vremya” proqramının tanınmış aparıcısı Ekaterina Andreyeva Kemerovoda baş verən dəhşətli hadisəni, orada həlak olan uşaqları anarkən bir hadisəni yada salarkən deyib.

Aparıcı əslində uşaqarın ölmədiyini, onların mələk kimi yaşadığına inandığını və bunu illər əvvəl baş verən hadisəni danışaraq nəql edib:

“Bu heyrətamiz hadisə 2002-ci il, iyulun birində baş verdi. O vaxt da ölkəmiz bu cür matəm içindəydi: Boden gölü üzərində iki sərnişin təyyarəsi toqquşmuşdu. Nəticədə 71 nəfər sərnişin həlak olmuşdu ki, onların da 52-si uşaq idi.

Həmin gün canlı efirdə hadisə yerindən reportaj verirdik, müxbirimiz bu dəhşətli hadisə haqda danışırdı. Birdən... son dərəcə təmiz və şaqrar uşaq qəhqəhəsi sözün həqiqi mənasında hərtərəfi bürüdü, studiyada hər şeyi öz təsirinə saldı.

O gülüşü ölkənin bütün izləyiciləri, eləcə də telestudiyanın öz işçiləri də eşitdi. O an mənim nəfəsim kəsildi, ürəyim şıddətlə çırpınmağa başladı. Çünki əslində nə baş verdiyini başa düşmüşdüm. Axı o studiyada heç bir uşaq yox idi, gülən isə o təyyarədə həlak olan qız və oğlanlar idi. Bu kiçik mələklər bizimlə ağlayaraq yox, gülərək vidalaşırdılar, onlar bizə demək istəyirdilər ki, həyat əbədidi, ölüm deyilən şey isə yoxdu və ondan heç bir söhbət gedə bilməz...”

Ekaterina Andreyeva fikrini dəqiqləşdirərək bildirib ki, o uşaq gülüşü heç yerdə qeydə düşməyib, onu tuta bilməyiblər, o dövrün müasir aparatları da onu yaza bilməyib, ancaq studiyadakı işçilər də, tamaşaçılar da gülüşü çox aydın eşidib. Aparıcı ona inandığını vurğulayıb ki, əslində bu cür faciələrdə uşaqlar heç də əzab çəkmir, ölmür, onlar mələk kimi yaşamağa davam edir, olanların bütün dəhşətini, ağrı-acısını isə valideynlər öz çiynində bir ömür boyu çəkməli olurlar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.