Rus casuslar nədən gizlənməyi sevməz? - ABŞ-da ÜZƏ ÇIXAN GERÇƏKLƏR
25-07-2018, 07:59
İnternet öncəsi casuslar Qərbin siyasi dairələrindən məlumat əldə etməkdə çətinlik çəkirdilər. Hazırda isə Facebook və LinkedIn kimi sosial media platformaları onların təmaslarını artırır.
Qərb hökumətləri Rusiyanın Kəşfiyyat Xidmətini sosial media platformalarında yalan xəbərlər yaymaqla Qərbdə ictimai rəyi dəyişməyə çalışdığını deyir.Rusiya casusları trollara qarşı çıxaraq, şəbəkələrdən olduqca mükəmməl şəkildə istifadə edərək, Qərbin siyasi dairələrindən məlumat əldə edir.
Prokurorluq Rusiyanın qadın casusu Mariya Butina məsələsindən sonra sosial medianın casusların üzə çıxarılmasındakı müsbət rolunu qeyd edib.
ABŞ-da xarici dövlətin qanunsuz agenti kimi fəaliyyət göstərməkdə ittiham edilən Butina zəmanətə buraxılması ilə bağlı məhkəmə qarşısına çıxarılıb. Prokurorlar Mariya Butinanın ölkəni tərk etmək riski olduğu üçün onun zəmanətə buraxılmasına icazə verməyib.
29 yaşlı silah hüququ müdafiəçisi və Milli Silah Assosiasiyası ilə sıx əlaqələri olan Mariya Butina ABŞ baş prokuroruna məlumat vermədən ölkədə xarici agent kimi fəaliyyət göstərməkdə təqsirləndirilib.
Federal Təhqiqat Bürosu Butinanı 2016-cı ilin avqust ayında tələbə vizası ilə Birləşmiş Ştatlara daxil olana qədər bir neçə dəfə ABŞ-da olan “gizli agent” kimi təsvir edib.
Adının açıqlanmasını istəməyən ABŞ rəsmisibildirib ki, internetdən əvvəl casusların think tank-lər, səfirliklər, siyasi konfranslar və ticarət yarmarkalarında özlərinə hədəf axtarırdı.
“Butina da siyasi tədbirlərə qatılaraq, təmaslar qurur, onları Facebook or LinkedIn dəvət edib. Sosial media platformaları dostluq şəbəkəsində insanların harada olduğunu müəyyən etmək üçün gözəl bir vasitədir”, - o əlavə edib.
Butinanın rəsmən causuluqda günahlandırılmaması onun dövlət və ordu sirlərini bilməməsi ilə izah edilir.
Federal prokurorluq Butinanı onlardan biri onunla birgə yaşayan şəxs olmaqla, iki Amerika vətəndaşı ilə konspirasiyada günahlandırıb.
Onun əlaqədə olduğu digər şəxs ABŞ-ın Rusiya üzrə siyasətinə təsir göstərmək məqsədilə Tramp administrasiyasında nüfuzu olan Milli Silah Assosiasiyası qrupuna və digər mühafizəkar maraq qruplarına təsir göstərməyə çalışan yüksək rütbəli Rusiya rəsmisidir.
İttihamlar öz təsdiqini taparsa, Butinanı beş ilə qədər həbs cəzası gözləyir.
muxalifet.az