Dünyanın qeyri-adi istilərə məruz qalan 5 bölgəsi hansıdır?

25-07-2018, 08:41           
Dünyanın qeyri-adi istilərə məruz qalan 5 bölgəsi hansıdır?
Dünyanın müxtəlif bölgələrində müşahidə olunan istilər Qafqaz və onunla qonşu bölgələrdən də yan ötüşməyib.

Nə baş verir? Dünyanın qeyri-adi istilərə məruz qalan 5 bölgəsi hansıdır?

1) Qafqaz

İstilər elektrik şəbəkəsinin fəaliyyətinə təsir göstərib. Tələbatın kəskin artması ardınca Azərbaycan və İranda elektrik təchizatının pozulması halları baş verib.

İyulun 2-dən 3-nə keçən gecə Mingəçevir İES-də qəza baş vermiş və nəticədə ölkə boyu bir çox ərazinin elektrik enerjisi ilə əlaqəsi kəsilmişdi.

Rəsmilər bildirib ki,, isti havalara görə elektrik enerjisinə tələbat ölkə üzrə 40% artıb və bu da sistemdə gərilməyə gətirib çıxarıb.

Bir neçə saat sonra bəzi yerlərdə elektrik enerjisinin verilməsi bərpa olunsa da, yenidən qəza baş vermisdi. İkinci qəza iş saatının sonlarına təsadüf etdiyindən, minlərlə adam metroda qalmışdı. "Bakı Metropoliteni"nin rəhbərliyi 30 minə yaxın sərnişini evakuasiya etmiş və metronun fəaliyyətini dayandırmışdı.

İşıq böhranı nəticəsində Bakının bir çox yerində əhali su problem ilə üzləşmişdi.

İşıq böhranı: son vəziyyət nə olub?
Azərenerji ASC: "Nə qədər yenidənqurma işləri aparılsa da, infrastrukturların fundamenti köhnədir"
İranda 34 min ev cərəyansız qalıb. Hakimiyyət enerjiyə mümkün qədər qənaət etməyə səsləyib.

Gürcüstan paytaxtı Tbilisi iyulun 4-də ən yüksək - 40.5C rekord istilərin şahidi olub.

Yerevanda da istilər 40C dərəcə həddini aşıb.

Bu niyə baş verib?

BBC Hava mərkəzindən Ben Rich izah edir:

"Ötən bir neçə ay ərzində aşağı atmosfer təzyiqi Avropanın cənub-şərqi zonası boyu mərkəzləşləşmişdi. Şimal yarımkürəsində saat əqrəbinin əksinə hərəkət edən küləklər isti havanı Afrika və Yaxın Şərq bölgəsindən Ermənistana doğru yönləndirib."

2) Şərqi Kanada

Fotonun müəllifiAFP/GETTY IMAGES
İstilərdən əziyyət çəkən uşaqlar Monreal şəhərində fontanlara üz tutub
Nə baş verib?

İstilər nəticəsində yalnız Kvebek ştatında ən azı 70 insan həyatını itirib.

Kanadanın paytaxtı Ottavada 2 iyulda rütubət indeksi - yəni rütubət və temperatur səviyyəsini nəzərə alan göstərici - 47C dərəcə olub.

Bu niyə baş verib?

Ben Rich: "Adətən şimala doğru hərəkət edən hava cərəyanı isti kütləni ABŞ sərhədindən Kanadaya doğru istiqamətləndirib.

May və iyun ayında yağışların səviyyəsi normadan aşağı olub. Quru torpaq daha tez qızır və bu amildə temperaturun orta səviyyədən daha çox yüksəlməsinə səbəb olub.

3) Cənubi Kaliforniya

Fotonun müəllifiAFP/GETTY IMAGES
Kaliforniyada quraqlıq və istilər meşə yanğınlarına səbəb olub
Nə baş verib?

Kaliforniyanın cənubunda temperatur yeni rekordlar vurmaqdadır.

Los Angeles-də iyul ayının ən isti gecə temperaturu 7 iyulda qeydə alınıb - 26.1C
Los Angeles kənarındakı Chino şəhəri də ən isti gün rekordunu yaşayıb - 48.9C
Son 79 ilin ən isti havası University of California ərazisində qeydə alınıb - 43.9C
Bu niyə baş verib?

Əslində bu Şərqi Kanadada yaşanan problemin bir hissəsidir.

Bu iqlim dəyişməsinin təzahürüdürmü?

Məsələni sırf bu problem və məhz bu problemlə əlaqələndirmək çətindir, Dünya Meteorologiya Təşkilatı (WMO) bildirir.


İsti havalardan özünüzü necə qoruyursunuz ?
4) Sydney, Avstraliya

Nə baş verib?

Cənub yarımkürəsində qış mövsümüdür və Syndey şəhərində qeydə alınan qışın ən isti iki günü yaşanıb - 24.7C.

Metereoloqlar isti keçən qışın "ən isti payız"ın ardınca gəldiyini qeyd edirlər.

Bu niyə baş verib?

Ben Rich: İyulun əvvəlində Avstraliyanın şərqində yüksək təzyiq bölgəsi yaranıb. Şimal-qərb küləkləri ekvatordan gətirdiyi isti havaları ölkənin şərqi bölgələrinə yönləndirib".

5) Əlcəzair

Fotonun müəllifiGETTY IMAGES

Ehtimalən ən isti hava Əlcəzairin Uarqla səhrasında qeydə alınıb
Nə baş verib?

Ola bilsin ki, Afrikanın ən isti günü iyulun əvvəlində Əlcəzairin şimalında qeydə alınıb. Burada temperatur 51.3C dərəcəyə çatıb.

İndiyədək hesab olunub ki, qitənin ən isti havası 1931-ci ildə Tunisdə qeydə alınıb - 55C. Lakin bəziləri onun düzgün ölçüldüyünə şübhə edir.

Bu niyə baş verib?

BBC-nin ekologiya məsələləri üzrə müxbiri Matt McGrath yazır:

"Son 30 il ərzində dünyanın başqa bölgələrində olduğu kimi, Əlcəzairdə də istilər əhəmiyyətli şəkildə artıb. Ekspertlər bunu artan qlobal istiləşmə ilə əlaqələndirirlər".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.