SANKSİYALAR RUSİYANI ÇÖKDÜRMƏK GÜCÜNDƏDİRMİ? - Kremlə daha çox ağrı vermək strategiyası inam doğurmur - TƏHLİL

24-08-2018, 12:18           
SANKSİYALAR RUSİYANI ÇÖKDÜRMƏK GÜCÜNDƏDİRMİ? - Kremlə daha çox ağrı vermək strategiyası inam doğurmur - TƏHLİL
Leonid Berşidski

“Blumberq”

ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar siyasətinin məqsədi Kremlə maksimum ağrı vermək üçün tədbirlərin lazımi istiqamətə yönəlməsidir. Bu, sürüşkən yamacdır və onun Rusiya, eləcə də ABŞ və müttəfiqlərinə verəcəyi nəticələri nəzərdən keçirmək vaxtıdır.

Bu həftə Senatın Banklar Komitəsində keçirilən dinləmələrdə respublikaçı senator Con Kennedi və Tramp administrasiyasının üst səviyyəli rəsmiləri arasında sanksiyalarla bağlı mübahisə yaranıb.

Kennedi Rusiya iqtisadiyyatını “diz çökdürmə” əmri verildiyi təqdirdə, onların nə edəcəyini bilmək istəyib. Rəsmilər birbaşa cavab verməyəcəklərini söyləyərək, belə bir hədəfin təsbitini qiymətləndirməli olacaqlarını deyiblər.

Kennedinin sözlərinə görə, “rus iqtisadiyyat çökdürülməyib!” Onun məyusluğu başa düşüləndir. Rusiyanın bir sıra hərəkətlərinə cavab olaraq (Krımın “birləşdirilməsi”, Şərqi Ukraynada separatçılara dəstək, İngiltərədə sabiq casusun zəhərləndirilməsi və s.) ABŞ sanksiyalar tətbiq edib. Siyahını davam etdirmək olardı, amma Rusiya prezidenti Vladimir Putin onsuz da istədiyini edir.

Xəzinədarlıq müşaviri Siqal Mandelker dinləmələrdə bildirib ki, Rusiyanın “macərapərəstliyi” sanksiyaların verdiyi iqtisadi ağrı ilə sınaqdan çıxıb. Amma bu, gerçəkdən daha çox inama bənzəyir. Sanksiyaların Putinin düşüncə və planlarına təsir göstərdiyinə dair heç bir dəlil yoxdur.

Aydındır ki, ABŞ-ın tədbirləri bir neçə səviyyədə çətinliklər doğurur. Son dövrdə iqtisadi artımına baxmayaraq, Rusiyaya birbaşa xarici investisiyalar azalıb. Bəzi böyük enerji layihələri ən az bir neçə il sonra bərpa olunub. Zəngin ruslara və onların şirkətlərinə zərər dəyib. Varidatlarının neçə faizinin dondurulduğu aydın deyil, amma ABŞ Xəzinədarlığının bu ay Konqresə təqdim etdiyi hesabatda yalnız ABŞ-da “yüz milyonlarla dollar”ın sahibinə çatmadığı qeyd olunub.

Hər kəs belə problemləri aradan qaldırmaq istəyir. Amma Rusiyanın barışmaz mövqeyi və Putindən sülh təklifi olaraq şərh edilə biləcək hər hansı müsbət addımın yoxluğu ABŞ-ın Kremlə güzəştə getməsinə əsas vermir. Bu, Vaşinqtonda təzyiq yaratmaq iştahası yaradır. Tramp administrasiyası sanksiyalara meylli olmasa belə, bir çox qanunvericilər ona “hə” deyəcək.

Kennedi öz rəyində tək deyil. Altı digər senator da Rusiyanın energetika layihələrinə yatırım qoyan investorları cəzalandırmaq üçün nəzərdə tutulmuş və eyni zamanda, zərərli kiber fəaliyyətlərə kömək edə biləcək texnologiya sənayesi ilə bağlı dövlət istiqrazlarını hədəfə alan qanun layihəsini hazırlayıb. O, “Nord Stream 2” ilə məşğul olan Avropa şirkətlərini təhdid etməklə yanaşı, Rusiya ilə boru xətti çəkən Almaniyaya ABŞ təzyiqini nəzərdə tutur.

Bu, ABŞ-la az-çox əlaqəsi olan istənilən şirkətin Rusiyaya meyl etməsinə xətt çəkir; bütün Rusiya banklarının dollara əsaslanan maliyyə sistemini kəsir, ölkənin neft və qaz alıcılarını cəzalandırır.

Təşəbbüsçülər neft və qaz sektoruna hələlik toxunmur. Rusiya dünyanın ən böyük təbii qaz ixracatçısıdır və İrandan üç dəfə çox xam neft hasil edir. Onu bazardan çıxarmaq qlobal enerji böhranı doğurardı. Rusiyanın bütün xarici borcunun (486 milyard dollar) ödəniş tələbi də, ABŞ-da olanlar da daxil olmaqla, sərmayəçilər üçün böyük itkilərə səbəb olacaq.

Senatın qanun layihəsi bu cür fəlakətlər doğurmadan uzaq hədəfləri nişan alır.

Rusiyanın enerji və texnologiya sənayelərinə qarşı daha çox məhdudiyyətlər, ehtimal ki, ölkədə fəaliyyət göstərən ABŞ şirkətləri üçün repressiyalar deməkdir. “Forbes Russia”-nın məlumatına görə, ən böyük 50 şirkətin, o cümlədən “Philip Morris International Inc”, “PepsiCo Inc” və “Procter & Gamble Co.”-nun Rusiyada təxminən 16 milyard dollar qazancı var. Rusiya energetika və maliyyə sektorlarına qarşı maksimum iqtisadi təzyiq göstərən son iki ABŞ administrasiyası dövründə Kreml bu şirkətlərə qarşı müharibə elan etməyib.

ABŞ total iqtisadi müharibəni nəzərdən keçirməyə başlayırsa, onun cavab verməli olduğu iki strateji sual var: Putin hökumətindən güzəşt qoparmaq üçün əvəz ödəməyə hazırdırmı? Bunu nə vaxta qədər gözləyə bilər?

Makroiqtisadi cəhətdən Rusiyada işsizlik göstəricisi rekord səviyyədə aşağı, inflyasiya kiçikdir və 400 milyard dollarlıq ehtiyata sahib olması ilə, ABŞ-ın yaradacağı qlobal enerjisi və ya borc böhranından onun çökmə ehtimalı yoxdur.

Ağrı maksimumdan azdırsa, Rusiya nisbətən aşağı artımla vəziyyəti illərlə idarə edə bilər. Bu, Putinin hesablamalarının əsasıdır. ABŞ siyasətinin hazırkı istiqaməti üçün pis durum. Vaşinqton mümkün qədər çox ağrı çəkdirmək istəyirsə və özü üçün heç bir şeyin dəyişməyəcəyini düşünürsə, bu, supergücün ağılsızlığıdır.

Tərcümə: Strateq.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.