Bakıda şirkətə silahlı basqın: Xəzinədar xəsarət aldı

24-08-2018, 12:25           
Bakıda şirkətə silahlı basqın: Xəzinədar xəsarət aldı
Bakıda şirkətlərdən birinə basqın etməkdə təqsirli bilinən Turan Kubuşov barəsində həbs qətimkan tədbirinin aratırılması haqda təqdimata baxılıb.

Teleqraf.com xəbər verir ki, Yasamal rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan qapalı iclasda istintaq orqanının təqdimatı təmin edilib.

İş üzrə əlavə istintaq hərəkətlərinin aparılması üçün Turan Kubuşovun barəsində seçilmiş həbs qətimkan tədbiri daha 2 ay uzadılıb.

İttihama görə, bu il aprelin 25-də Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsinə rayon ərazisindəki MMC-lərin birinin qarşısında naməlum şəxsin qarət məqsədilə oranın xəzinədarı Tərxan Namazova bıçaqla xəsarətlər yetirərək 20000 manat pulu almağa cəhd göstərməsi, lakin səs-küy yarandığından istəyinə nail ola bilməyərək aradan çıxması barədə məlumat daxil olub.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə istintaq və əməliyyat-axtarış tədbirləri ilə cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Turan Kubuşov saxlanılıb.

Qeyd edək ki, hadisə zamanı Turan Kubuşov Tərxan Namazova 14 bıçaq zərbəsi vurub.

İstintaq orqanı tərəfindən Turan Kubuşovun barəsində Cinayət Məcəlləsinin 29,120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürməyə cəhd) və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq törətmək) maddələri ilə ittiham elan edilib.

Aprelin 28-də Yasamal rayon Məhkəməsinin qərarı ilə Turan Kubuşovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.