Elmar Vəliyevin videosu yayıldı - iştahla yeyir, yeri yığışdırır... - Video

25-08-2018, 11:48           
Elmar Vəliyevin videosu yayıldı - iştahla yeyir, yeri yığışdırır... - Video
Musavat.com-un elektron poçtuna göndərilmiş bu şəxsin Gəncənin 51 gün öncə sui-qəsdə məruz qalmış başçısı Elmar Vəliyev olduğu bildirilir. Göründüyü kimi, o, lüks bir otaqda (otel və klinika) oturub və iştahla yemək yeyir. Doğrudur, görüntülərdə əks olunan şəxsin E.Vəliyevə oxşarlığı çoxdur, amma yenə də birmənalı demək çətindir ki, bu, odur, yoxsa oxşarıdır.

Videodakı şəxsin başındakı kepka da başçının tanınmasını bir qədər çətinləşdirir. Bilmək olmur ki, bu kepka Vəliyevin başındakı yaranın izini örtmək üçün nəzərdə tutulub, yoxsa oxşarlığı artırmaq, yaxud da fərqliliyi azaltmaq üçün.

Hər halda belə bir video yayılıb və iddia olunur ki, bu, sui-qəsdə məruz qalmış başçınını ən son videogörüntüləridir. Musavat.com bu videonu yayır və hansısa qənaətə gəlməyi oxucuların öhdəsinə buraxır.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.