SOCAR-da ata-oğul-qaynata “trio”su…
7-04-2015, 12:03
Qafqaz Xəbər Agentliyinin facebook səhifəsinin inboxuna ARDNŞ-nin Sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov barədə maraqlı məlumat daxil olub. Müəllifin bildirdiyinə görə Vitali Bəylərbəyov Ukraynanın ölkəmizdəki səfirliyinin Sergey adlı əməkdaşı ilə əlbir olaraq əcnəbilərlə gizli sövdələşmələrə gedir. Vitaliy Bəylərbəyovun göstərişi ilə Sergey tapdığı əcnəbi müştərilərlə xarici ölkələrdə görüşüb onun tapşırıqlarını yerinə yetirir. Müəllifin yazdığına görə, bir neçə il əvvəl SOCAR İtaliya ilə neft sazişi bağlamaq istəyirdi və Bakıdakı “Four Seasons” hotelində saziş bağlanmaq ərəfəsində italyanlar sazişdən imtına etdilər. Buna görə çoxları əsəbləşsə də Bəylərbəyovun sevinci yerə-göyə sığmırdı. Görünür bu sazişin baş tutmamasında Vitali Bəylərbəyovun özünün xüsusi marağı olub. Məlumata görə Vitali Bəylərbəyovun üç oğlu var. Oğlanların heç biri hərbi xidmətdə olmayıblar. Böyük oğlunun 27, o biri əkiz oğlanlarının isə 22 yaşı var. Övladlarının üçü də SOCAR-ın hesabına Londonda təhsil alıblar və orda yaşayırlar. Hətta SOCAR qardaşların hərəsinə ayda 1300 avro pul ayırır ki, güya onlar SOCAR-ı xarici ölkədə işlə bağlı təmsil edirlər. İldə iki dəfə də SOCAR qardaşların London-Bakı təyyarə reysi ilə gəlib-getmək pullarını ödəyir. Bu güzəştləri Vitali Bəylərbəyovun oğlanları üçün SOCAR-ın “İnsan resursları” Departamentinin təlim və inkişaf şöbəsinin rəisi Mahal Mehdiyev təşkil edib. Mənbənin verdiyi məlumata görə qardaşlar guya xəstəliklə bağlı hərbi xidmətdə olmayıblar. Qardaşlar Səbail rayonunda hərbi qeydiyyatdadırlar. Bəylərbəyovlar bu yaxşılığa görə Səbailin “voenkom”una borclu qalmırlar. Ata Bəylərbəyov tez-tez Londonda yaşayan oğlu Teymur Bəylərbəyovla ingiliscə danışaraq “gizli sazişlər” barədə təlimatlar verir. Mənbənin verdiyi məlumata görə Vitali Bəylərbəyovun Bakıda 5 evi var. Məsələn, “Port Baku”da evi, Mərdəkanda villası, Londonda evi, Bodrumda evi, Şamaxının “Qızmeydan” adlanan ərazisində villası, bir sözlə heç SOCAR-ın vitse -prezidentlərinin bu qədər mülki yoxdur. Mənbənin dediyinə görə Vitali Bəylərbəyov evində dörd ( kişi-qadın ) qulluqçu saxlayır. Bəylərbəyovun qudası isə tanınmış yazıçı Çingiz Abdullayevdir. O, Teymurun qaynatasıdır. Maraqlıdır ki, görəsən məşhur yazıçının bu günlərdə “Neftçi”yə “şef” təyin olunmasında Vitali Bəylərbəyovun nə qədər xidməti olub..?
Redaksiyadan: Bəylərbəyovlarla bağlı araşdırmalarımız davam edir. Bizi izləyin.