Ağsu sakini “patı” ilə saxlanılıb

29-07-2021, 15:06           
Ağsu sakini “patı” ilə saxlanılıb
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “patı” kimi tanınan psixotrop maddə metamfetaminin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat tədbiri keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teref.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilən tədbir zamanı üzərində metamfetamin daşımaqda şübhəli bilinən Ağsu şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Raman Ziyadxanlı saxlanılıb. Şəxsi axtarış zamanı həmin şəxsdən metamfetamin aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru