Göyçayda restoran sahibi 4 min manat cərimələnib

29-07-2021, 15:08           
Göyçayda restoran sahibi 4 min manat cərimələnib
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə Potu kəndi ərazisində yerləşən “Bizim bağ” restoranında təşkil edilən toy mərasimi barədə məlumatların portalda qeydiyyatdan keçirilmədiyi müəyyən edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teref.az-a verilən məlumata görə, karantin rejiminin qayda və tələblərini pozan obyektin sahibi Şamil Novruzov 4 min manat, toy sahibi Rövşən Qasımov isə 200 manat məbləğində cərimələnib.
Rayonun Üngütlü kəndində Rəşid Eyvazova məxsus fərdi yaşayış evində keçirilən toy mərasimində isə qonaqların sayının 50 nəfərdən artıq olduğu aşkarlanıb və ev sahibi barəsində qanunamüvafiq tədbir görülüb.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru