Bu gün Bakıda 550 küçə dezinfeksiya edildi

28-08-2021, 19:02           
Bu gün Bakıda 550 küçə dezinfeksiya edildi
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən
məlumata görə avqust ayının 28-də səhər saatlarından etibarən
Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən həyata
keçirilən əlavə gücləndirilmiş dezinfeksiya işləri zamanı paytaxtda
550 küçə dezinfeksiya olunub.
Görülən bu işlər Bakı şəhərində sakinlərimizin həyatının
təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq mütəmadi
davam etdiriləcəkdir.
Vətəndaşlarımızdan bir daha xahiş edirik ki, pandemiyadan
xilas olunmaq üçün ilk növbədə vaksinasiya olunsunlar, özlərinin,
yaxınlarının, ətraflarındakı insanların qorunması, xəstəliyin daha
çox yayılmasına imkan verilməməsi üçün tibbi-profilaktiki
qaydalara ciddi riayət etsinlər.
Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidməti
















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.