Ağdaşda meşəlik ərazidə yarım ton narkotik becərən şəxs saxlanılıb

28-08-2021, 19:06           
Ağdaşda meşəlik ərazidə yarım ton narkotik becərən şəxs saxlanılıb
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli
bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilmələri
istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata
görə, şöbəyə rayonun Pirəzə kəndində yerləşən meşəlik ərazidə çətənə
kollarınının becərildiyi barədə əməliyyat məlumatı daxil olub. Ərazi dərhal
nəzarətə götürülüb və həyata keçirilən tədbirlər nəticəsində orada narkotik
tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Elgiz Həsənov çətənə kollarına
qulluq edən zaman saxlanılıb. Həmin yerə baxış zamanı ümumi çəkisi 512
kiloqram olan 79 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.Saxlanılan şəxs
ifadəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olduğunu etiraf
edib.
Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq
tədbirləri davam etdirilir.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru