Tovuzda sanitar-karantin qaydalarını pozan 145 nəfər şəxs məsuliyyətə cəlb edilib

28-08-2021, 19:08           
Tovuzda sanitar-karantin qaydalarını pozan 145 nəfər şəxs məsuliyyətə cəlb edilib
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan
verilən məlumata görə, koronavirus (“COVID-19”) infeksiyasının geniş
yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması məqsədilə
elan edilən xüsusi karantin rejimi qaydaları çərçivəsində Tovuz rayon Polis
Şöbəsinin əməkdaşları rayon ərazisində nəzarət –profilaktik tədbirləri davam
etdirir. Polis əməkdaşları rayon ərazisindəki market və digər ticarət obyektlərində
eləcədə əhalinin sıx olduğu digər yerlərdə nəzarət-profilaktiki təbirlər keçirib.
Tədbirlərdə tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən, yəni tibbi
maskalardan istifadə etməyən və əsassız bəhanələr gətirən şəxslərə koronavirus
infeksiyasının fəsadları və mövcud sanitar-gigiyenik tələblər izah olunub. Rayon
sakinlərinin diqqətinə çatdırılıb ki, hər bir şəxs sosial məsuliyyət çərçivəsində
tətbiq edilən qaydalara qeyd-şərtsiz əməl etməli, mövcud qaydaları anlayışla
qarşılamalıdır, özünün və digər şəxslərin həyat və sağlamlıqlarına etinasız
yanaşmamalıdır. Aparılan mütəmadi profilaktiki tədbirlər nəticəsində fəaliyyətində
karantin qaydalarına riayyət edən obyekt sahibləri ilə bir daha marifləndiriciizahedici görüş keçirilərək fəaliyyətlərini bu istiqamətdə olduğu kimi saxlamalrı
tövsiyə olunub. Araşdırmalar zamanı rayon ərazisində sanitar-karantin qaydalarını
pozan 130 nəfər şəxs İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə
rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə
protokol tərtib edilərək məsuliyyətə cəlb ediliblər.
İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki
göstərişlərə uyğun olaraq, ictimai nəqliyyatda- taksi, avtobuslarda tibbi
maskalardan istifadə, sosial məsafənin qorunması qaydalarına Dövlət Yol Polisi
Bölməsinin əməkdaşları ciddi nəzarət edir və bu istiqamətdə monitorinqlər
tədbirləri diqqət mərkəzində saxlanlır. Keçirilən monitorinq zamanı sürücü və
sərnişinlərə sosial məsafənin gözlənilməsi, tənəffüs yollarını qoruyan fərdi
vasitələrdən istifadənin vacibliyi, yaxud düzgün istifadənin zəruriliyi barədə
vətəndaşlara tövsiyələr verilib, bu qaydalara əməl etməyən 15 nəfər barəsində
intizam tənbeh tədbirləri tətbiq edilib.














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.