Goranboyda yaşayış yerini tərk edən koronavirus xəstələri məsuliyyətə cəlb edilib

29-08-2021, 11:56           
Goranboyda yaşayış yerini tərk edən koronavirus xəstələri məsuliyyətə cəlb edilib
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional
qrupundan verilən məlumata görə, Goranboy rayon Polis Şöbəsinin (RPŞ)
əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində koronavirus testinin
nəticəsi pozitiv çıxan, rayonun Balakürd kənd sakini Məhəmməd Zeynalov, Tatarlı
kənd sakini Kənan Məmmədov və Qızılhacılı qəsəbə sakini Elman Məmmədov ev
şəraitində müalicə almalarına baxmayaraq, karantin qaydalarını kobud şəkildə
pozaraq, yaşadığı ünvanları tərk etmələri müəyyən edilib. Polis əməkdaşları dərhal
onların rayon ərazisində yerini müəyyən edərək, müəyyən edilmiş tibbi prosedurlar
gözlənilməklə yaşadıqları evə göndərib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru