Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları yaşadığı evi qanunsuz tərk edən aktiv koronavirus xəstəsini Şirvan şəhəri ərazisində aşkarlayıblar.

29-08-2021, 12:03           
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları yaşadığı evi qanunsuz tərk edən aktiv koronavirus xəstəsini Şirvan şəhəri ərazisində aşkarlayıblar.
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları yaşadığı evi qanunsuz tərk
edən aktiv koronavirus xəstəsini Şirvan şəhəri ərazisində aşkarlayıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan
verilən məlumata görə, rayon sakini İlham Musayevə COVID-19 virusuna
yoluxduğu ev şəraitində müalicə təyin edilib və qaydalar izah olunub.
Lakin adı çəkilən şəxs qaydalara əməl etməyərək yaşadığı evi tərk edib və
Şirvan şəhəri ərazisində çalışdığı avtoyuma məntəqəsinə gedib.
Onun olduğu yer polis əməkdaşları tərəfindən müəyyən edilib və həmin şəxs
dərhal tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.
İ.Musayev barəsində Hacıqabul RPŞ-də araşdırmalar aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru