Mingəçevirdə keçmiş məhkumdan heroin götürülüb

30-08-2021, 09:23           
Mingəçevirdə keçmiş məhkumdan heroin götürülüb
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik
vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata
görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı
Mingəçevir şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə
dəfələrlə məhkum olunmuş Babək Muxtarov saxlanılıb.Şəxsi axtarış zamanı
həmin şəxsdən narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb. Götürülən
maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub.
Faktla bağlı Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru