“Nar” Çağrı Mərkəzinə daxil olmuş sorğuların 93%-i ilk zəngdən öz həllini tapıb

31-08-2021, 16:51           
“Nar” Çağrı Mərkəzinə daxil olmuş sorğuların 93%-i ilk zəngdən öz həllini tapıb
“Nar”ın 777 Çağrı Mərkəzinə 2021-ci ilin ilk 6 ayı ərzində 1 milyondan artıq sorğu daxil olub və onlara ortalama 17 saniyə ərzində cavab verilib. Çağrı Mərkəzinə zəng etmiş abunəçilərin 89%-i göstərilən xidmət səviyyəsini yüksək qiymətləndirib. Ümumilikdə, daxil olmuş sorğuların 93%-i ilk zəngdən öz həllini tapıb.

Teref.az xəbər verir ki, bundan başqa, “Nar” rəsmi sosial şəbəkələri - “Facebook”, “İnstagram” və “Twitter” səhifələri vasitəsilə də abunəçilərinə xidmət edib və 89 mindən artıq sorğuya cavab verib. Sosial şəbəkələr vasitəsilə daxil olmuş müraciətlərin 50%-i 1 dəqiqə, 90%-i isə 10 dəqiqə ərzində cavablandırılıb. “Nar”-ın bütün sosial şəbəkələrindən daxil olan sorğularına ortalama 11 dəqiqə ərzində cavab verilib.

Mobil operator, eyni zamanda abunəçilərin gündəlik həyatlarına rahatlıq və çeviklik gətirmək məqsədilə daim yenilənən “Nar+” tətbiqindəki onlayn çat vasitəsilə də müştərilərinə yüksək səviyyədə xidmət göstərməkdədir. Belə ki, 6 ay ərzində daxil olmuş 96 mindən artıq sorğuya operativ cavab verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru