Lənkəranda heroin və metamfetaminin dövriyyəsi ilə məşğul olan 7 nəfər saxlanılıb

1-09-2021, 12:18           
Lənkəranda heroin və metamfetaminin dövriyyəsi ilə məşğul olan 7 nəfər saxlanılıb
Lənkəranda heroin və metamfetaminin dövriyyəsi ilə məşğul olan 7 nəfər saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Teref.az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında rayon ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri O.Rəhimov, X.Məmmədov, H.Əliyev, V.Abbasov, R.Əliyev, E.Əskərov və K.Babazadə saxlanılıblar. Keçirilən baxış zamanı onların hər birinin üzərindən hazır bükümlərdə narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və elektron tərəzilər aşkarlanaraq götürülüb. Saxlanılan şəxslərdən E.Əskərovun həmçinin Lənkəran rayonu ərazisində bir avtomobildən 75 manat pul və sənədlər olan əl çantasını oğurladığı da müəyyən edilib.

Faktlarla bağlı araşdırma aparılır












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru