Ağdaşda karantin qaydalarını pozanlar barəsində tədbir görülüb

3-09-2021, 15:12           
Ağdaşda karantin qaydalarını pozanlar barəsində tədbir görülüb
Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə elan edilən xüsusi karantin rejimi qaydaları çərçivəsində Ağdaşda polis əməkdaşları tərəfindən nəzarət-profilaktik tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, qapalı məkanlarda keçirilən tədbirlər zamanı sosial məsafənin gözlənilməsi, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən düzgün istifadənin zəruriliyi barədə vətəndaşlara tövsiyələr verilib.
Həmçinin, sahibkarlarla profilaktik söhbətlər aparılıb, pandemiya dövrünün tələblərinə məsuliyyətli yanaşmalarının vacibliyi onların diqqətinə çatdırlıb.
Yoxlamalar zamanı ümumilikdə bir neçə mağazada tibbi maskadan istifadə etməyən alıcı və satıcılara rast gəlinib ki, onların da barəsində intizam tənbeh tədbiri görülüb.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru