Xızı sakinindən heroin tapıldı

3-09-2021, 15:14           
Xızı sakinindən heroin tapıldı
“Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Xızı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən heroin adlanan narkotik tərkibli maddəni üzərində gəzdirməkdə şübhəli bilinən rayonun Giləzi qəsəbə sakini Ruhulla Baxşıyev saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupundan verilən məlumata görə Xızı RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən həmin şəxsin üzərinə baxış keçirilən zaman xeyli miqdarda heroin aşkar olunaraq götürülmüşdür.
Faktla bağlı istintaq aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru