Yevlaxda şəhid və qazi övladları üçün tədbir təşkil olunub

3-09-2021, 23:15           
Yevlaxda şəhid və qazi övladları üçün tədbir təşkil olunub
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən şəhid və qazi övladları üçün Kür çayı sahilindəki Bulvarda əyləncəli tədbir təşkil olunub. Tədbirdə uşaqlar attraksionlarda əylənərək şən və maraqlı istirahət etmişlər.
Tədbirdə iştirak edən qazilər və şəhid ailələri 44 günlük Vətən Müharibəsində Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Şanlı Ordumuzun əldə etdiyi Zəfərin xalqımıza yaşatdığı əvəzsiz sevinc və qürur hissindən, şəhidlərimizin və qazilərimizin qəhrəmanlıqlarından danışıblar.
Qazilər və şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti Cənab İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.
Tədbirin sonunda uşaqlara Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən hədiyyələr, məktəbli formaları təqdim olunub.

Yevlax Şəhər İcra Hakimiyyəti















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru