Sentyabrın 06-da gözlənilən hava şəraiti

5-09-2021, 16:36           
Sentyabrın 06-da gözlənilən hava şəraiti
Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı,

əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal-qərb küləyi axşama doğru arabir güclənəcək.

Havanın temperaturu gecə 18-21° isti, gündüz 28-31° isti olacaq.

Bakıda gecə 18-20° isti, gündüz 28-30° isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 60-70 %, gündüz 45-50 % olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti

Şimal-qərb küləyi axşama doğru arabir güclənəcək.

Dəniz suyunun temperaturu:

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25° isti,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti olacaq.

Azərbaycanın rayonlarında: Əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi axşam arabir güclənən qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-22° isti, gündüz 27-32° isti, dağlarda gecə 5-10° isti, gündüz

15-20° isti olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru