Gözlənilən hava şəraitinin dəyişməsi haqqında məlumat

5-09-2021, 18:38           
Gözlənilən hava şəraitinin dəyişməsi haqqında məlumat
Bakıda və Abşeron yarımadasında

Sentyabrın 06-sı axşamdan 08-i səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 07-si axşam, 08-i gecə yarımadanın bəzi yerlərində arabir 27 m/s-dək güclənəcəyi, arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var.

Azərbaycanın rayonlarında

Sentyabrın 06-sı axşamdan 08-i gündüzədək bəzi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv, Lənkəran-Astara zonasında isə güclü olacağı ehtimalı var. Əsasən dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi istisna olunmur. Qərb küləyinin 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir. Çaylarda sululuğun artacağı,bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

05.09.2021












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru